Page 118 - anderson_Макет 1
P. 118

Şervud Anderson

                Artıq axşam düşmüşdü. Bütün qәsәbәni bürüyәn qaranlıq,
            mehmanxananın qarşısındakı yoxuşu vә yoxuşun yanından uzanıb
            gedәn dәmir yolunu da görünmәz elәmişdi. Hardansa uzaqdan
            qәrbә gedәn sәrnişin qatarının sәsi eşidildi. Yol kәnarında yatan
            it qalxıb hürmәyә başladı.
                – Mәn buralara gәlmişdim ki, içkini tәrgidәm, – sәrxoş oğlan,
            nәhayәt ki, dillәndi vә göz yaşları yanaqlarından aşağı süzüldü.
            O,  Tom Harda baxmırdı. Sanki xәyal görürmüş kimi qabağa
            әyilib gözlәrini qaranlığa zillәmişdi. – Baş götürüb kәndә gәldim
            ki, bәlkә, burda sağalım.  Amma yox, sağalmadım. Bilirsiniz,
            niyә sağalmadım? – o, üzünü çevirib atasının dizlәrindә oturan
            uşağa baxdı. Sonra gözlәrini uşaqdan çәkdi. Әli ilә Tom Hardın
            qoluna toxunub sözlәrinә davam etdi:
                – Mәnim aludә olduğum şey tәkcә içki deyil. Başqa şey dә
            var. Mәn aşiqәm.  Amma sevәcәyim, aşiq olacağım şeyi hәlә
            tapmamışam. Siz başa düşürsünüz mәni? Başa düşsәniz, bilәrsiniz
            ki, bu dediyim elә-belә şey deyil. Bu, mәni içkidәn dә betәr
            mәhv elәyir. Çox az adam başa düşür mәni.
                Oğlan susdu vә elә görkәm aldı ki, sanki bu kәdәr onu әbәdi
            susdurmuşdu. Lakin parovozun növbәti fiti onu tәzәdәn ayıltdı.
                – Mәn inamımı itirmәmişәm. Amma gәlib elә yerә düşmüşәm
            ki, bu inamımdan heç vaxt heç nә çıxmayacaq, – boğuq sәslә
            dedi vә gözlәrini zillәyib kәskin baxışlarla uşağa baxaraq daha
            kişiyә fikir vermәdәn qızla danışmağa başladı:
                – Burda gәlәcәyin bir qadını böyüyür, – onun sәsi indi daha
            aydın vә ciddi idi. – Amma mәn o qadını әldәn buraxmışam.
            Başa düşürsünüz? O, mәnim zamanımda dünyaya gәlmәyib. O
            böyüyüb gözәl bir qadın olacaq. Yәqin, bu da bir qismәt imiş ki,
            bu yay axşamında, özümü içki ilә mәhv elәdiyim bir vaxtda o
            qadının uşaqlığını görә bildim.
                Oğlanın çiyinlәri möhkәmcә titrәdi. Tütünü kağıza bükmәk
            istәdi, bacarmadı. Kağız titrәyәn barmaqlarının arasından sürüşüb
            yerә düşdü. Әsәbilәşәrәk öz-özünә deyinmәyә başladı. Sonra
            sözlәrinә davam etdi:
                – Elә bilirlәr ki, qadın olmaq, sevilmәk asan işdir. Amma
            yox. Düzünü mәn bilirәm, – yenә dә üzünü uşağa tәrәf çevirdi. –
            Bәli, mәn bilirәm, mәn başa düşürәm. Bәlkә dә, bütün insanların
            içindә bircә mәn anlayıram.

         118
   113   114   115   116   117   118   119   120   121   122   123