Page 121 - anderson_Макет 1
P. 121

TANRININ QÜDRӘTİ


             Tәbiәtcә sakit vә sәbirli adam olan qırxyaşlı Körtis Hartmen
          düz on il Vaynzburqdakı Presbayterian kilsәsinin keşişi olmuşdu.
          O, insanlar qarşısında moizә söylәmәyi әn çәtin iş hesab edirdi.
          Buna görә dә çәrşәnbә günündәn şәnbә gününә qәdәr bütün
          işlәrini bir kәnara qoyub, bazar günü oxuyacağı iki moizәsinә
          hazırlaşardı. Bazar günü erkәndәn kilsәnin zәng qüllәsindә
          yerlәşәn balaca iş otağına gedәr vә duaya başlayardı. Bütün
          dualarında isә әn çox bu sözlәri tәkrar-tәkrar söylәyәrdi:
             – İlahi, sәnә qulluq etmәk üçün mәnә güc vә cәsarәt ver! –
          Quru döşәmәnin üstündә diz çökәrәk bu cür yalvarar vә sanki öz
          amalı önündә tәzim edirmiş kimi başını aşağı әyәrdi.
             Qәhvәyi rәngdә saqqalı olan Hartmen boyca hündür adam
          idi. O, Ohayonun Klivlend әyalәtindәki alt paltarları mağazasına
          nәzarәt edәn varlı bir iş adamının qızı ilә evlәnmişdi. Hәyat
          yoldaşı kök vә әsәbi qadın idi. Keşiş Hartmenә şәhәrdә hamı
          hörmәt bәslәyirdi. Kilsәyә tez-tez gәlib-gedәn yaşlılar sakit vә
          tәvazökar xasiyyәtinә görә onu çox istәyirdilәr. Vaynzburq bank
          sahibinin hәyat yoldaşı xanım Vayt da onu savadlı vә vicdanlı
          biri kimi tanıyırdı.
              Presbayterian kilsәsinin Vaynzburqdakı digәr kilsәlәrlә heç
          bir әlaqәsi yox idi. Bu kilsә daha böyük vә әzәmәtli idi. Üstәlik,
          Presbayterian kilsәsinin keşişinә daha çox mәvacib ödәnilirdi.
          Bu kilsәnin keşişinә hәtta xüsusi bir fayton da ayrılmışdı vә
          bәzәn yay axşamlarında Hartmen bu faytonda öz xanımı ilә
          gәzmәyә çıxardı. Meyn vә Bakay küçәlәrindә gәzdiklәri zaman
          keşiş yolda gördüyü insanlara hörmәtlә salam verәr, hәyat yoldaşı
          isә gizli bir qürur hissi duyaraq gözucu әrinә baxar vә faytona
          qoşulmuş atın әtrafdakı adamlardan ürkәrәk qaçmasından qorxardı.
              Vaynzburqda yaşadığı illәr Körtis Hartmenin hәyatında әn
          uğurlu illәr idi. İbadәt üçün kilsәyә gәlәnlәrdәn heç kimlә yaxın
          münasibәti olmasa da, özünә düşmәn dә qazanmamışdı. O, bütün
          varlığı ilә Tanrıya ibadәt etmәyә çalışırdı, amma içindәki gizli
          bir vicdan әzabı onu rahat qoymurdu.  Vaynzburq küçәlәrindә

                                                                  121
   116   117   118   119   120   121   122   123   124   125   126