Page 125 - anderson_Макет 1
P. 125
Tanrının qüdrәti
onun yanaqlarından öpmüşdü. Keyt Svift yadına düşәndә isә
keşiş gülümsünәr vә başını yuxarı qaldıraraq deyәrdi:
– İlahi, mәnә kömәk elә, sәnә qulluq etmәk üçün mәnә güc
ver. Mәni doğru yoldan çıxmağa qoyma!
Amma onun ürәyindә çoxdan başlanmış bir tәlatüm indi
daha da kәskinlәşirdi. O, Keyt Sviftin әn çox axşamlar öz
çarpayısında uzanaraq kitab oxuduğunu necәsә öyrәnmişdi.
Çarpayının kәnarına qoyulmuş gecә lampasının işığı qadının ağ
çiyinlәrinin, yarıaçıq sinәsinin üstünә düşürdü. Onu ikinci dәfә
gördüyü axşam keşiş saat doqquzdan on birә qәdәr zәng qüllәsindәki
tozlu otağını tәrk etmәdi. Qarşı otağın işığı söndükdәn sonra isә
kilsәdәn çıxdı vә bir neçә saatı Vaynzburq küçәlәrini dolaşaraq
dua etmәklә keçirdi. İndi daha Keyt Sviftin çiyinlәrini, boğazını,
yarıaçıq sinәsini öpmәk istәmirdi vә bu cür fikirlәri özünә yaxın
buraxmamağa çalışırdı. O, özü dә nә istәdiyini anlaya bilmirdi.
– Mәni sәn yaratmısan, özün qoru mәni, nәfsimdәn qoru
mәni! – Keşiş qaranlıq küçәnin ortasında uca sәslә duaya başladı.
Sonra isә yolun kәnarındakı hündür bir ağacın yanında dayanıb
göylәrә baxdı. Sürәtlә uçuşan buludlar göy üzünü örtmüşdü vә
sanki Tanrıya baxırmış kimi o buludlara baxa-baxa duasına
davam etdi:
– İlahi, mәni yadından çıxarma, yadından çıxarma mәni.
Mәnә güc ver, güc ver ki, sabah gedib o pәncәrәni düzәldim, bir
dә o qadına baxmayım. Mәni tәrk edib getmә, mәni atma. Sәnin
kömәyinә әn çox indi ehtiyacım var.
Belәcә, o, günlәrini, hәftәlәrini sakit vә qaranlıq küçәlәrdә
dua edәrәk keçirirdi. Nә qәdәr çalışsa da, Tanrının onu nә üçün
belә bir sınağa çәkdiyini anlaya bilmirdi. Günahlardan uzaq
qalmaq üçün әlindәn gәlәn hәr şeyi etdiyini deyәrәk, olanlara
görә Tanrını günahlandırmaq istәyirdi:
– Cavanlıqdan bәri, bütün ömrüm boyu Sәnә ibadәtdәn başqa
heç nә düşünmәmişәm, indi niyә mәni bu cür sınağa çәkirsәn?
Sәnin xoşuna gәlmәyәn nә etmişәm, hansı günahıma görә mәni
cәzalandırırsan?
Hәmin ilin payızında vә qışında Körtis Hartmen Keyt Svifti
yenidәn görmәk üçün düz üç dәfә evindәn çıxaraq zәng qüllәsindәki
otağına getmişdi. Vә hәr dәfә qarşı evin işığı söndükdәn sonra
125