Page 123 - anderson_Макет 1
P. 123

Tanrının qüdrәti

             Keşişin pәncәrәdәn gördüyü ev Presbayterian kilsәsinin
          qarşısında yerlәşirdi. Vaynzburq Milli Bankında xeyli pulu olan
          dul qadın Elizabet Sviftlә qızı Keyt Svift hәmin evdә yaşayırdı.
          Mәktәbdә müәllimә işlәyәn Keyt Sviftin otuz yaşı var idi.
          Vaynzburqda dostluq etdiyi adamlar çox deyildi. Hәmişә sәliqәli
          vә zövqlü geyinәrdi. Gözәl danışığına görә mәktәbdә özünә
          hörmәt qazana bilmişdi. O, Avropanın bir neçә ölkәsindә olmuş
          vә iki il Nyu Yorkda yaşamışdı. Körtis Hartmen hәmin qadının
          әvvәllәr  Avropada vә Nyu  Yorkda yaşadığını bilәndәn sonra
          onun siqaret çәkmәsinә ürәyinin dәrinliyindә böyük bir günah
          kimi baxmır vә “bәlkә dә, onun siqaret çәkmәsi böyük qüsur
          deyil” deyә düşünürdü. Keşiş kollecdә tәhsil alarkәn oxuduğu
          romanları, o romanlarda tәsvir edilmiş siqaret çәkәn müasir
          qadın obrazlarını xatırlayırdı. O, keçәn hәftә hәmin qadını
          gördükdәn sonra duyduğu qorxu vә utanc hissini indi xatırlamaq
          istәmir, hәr bazar sәhәri öz otağında etdiyi ibadәtә indi heç bir
          gәrәk duymur vә yeni dinlәyicisinin dә hәvәslә onun moizәsinә
          qulaq asacağını xәyalına gәtirәrәk, minbәr arxasındakı növbәti
          çıxışına daha böyük canfәşanlıqla hazırlaşırdı.
             Körtis Hartmen gәncliyindә dә qadınlarla yaxın münasibәt
          qurmamışdı. İndiana ştatının Mansi әyalәtindәn olan atası arabaçı
          idi vә oğlunun tәhsil alması üçün hәr zәhmәtә qatlaşırdı. Körtis
          Hartmen indiki hәyat yoldaşına mәktәb illәrindә rast gәlmişdi vә
          uzun müddәt bir-birlәri ilә sevgili olduqdan sonra evlәnmişdilәr.
          Bu evlilik daha çox qızın tәşәbbüsü ilә baş tutmuşdu.  Toy
          günündә varlı ata öz qızı üçün beş min dollar pul ayırmışdı,
          vәsiyyәtindә isә onun üçün bundan iki dәfә çox mәblәğ nәzәrdә
          tutmuşdu. Keşiş bu nikahın onun üçün çox uğurlu olduğuna
          inanaraq evliliyi boyunca başqa qadınlar haqqında düşünmәmişdi.
          Buna heç ehtiyac da duymamışdı. Onun yeganә istәdiyi şey sakit
          bir hәyat sürәrәk Tanrıya ibadәt etmәk idi.
             Amma indi o qızı gördükdәn sonra keşişin ürәyindә qәribә
          vә anlaşılmaz hisslәr baş qaldırmışdı. Öz moizәlәri ilә Keyt
          Sviftә tәsir göstәrmәk, onun ürәyinә yol tapmaq arzusundan
          başqa, keşişi bir istәk dә narahat edirdi. O, çarpayısının üzәrindә
          sakitcә uzanmış hәmin qadının ağ bәdәninә, ağ çiyinlәrinә bir dә
          baxmaq istәyirdi. Bu fikirlәr ucbatından heç cür gözünә yuxu
          getmәyәn keşiş bazar günü sәhәr yerindәn qalxdı vә evindәn

                                                                  123
   118   119   120   121   122   123   124   125   126   127   128