Page 119 - anderson_Макет 1
P. 119
Tendi
Baxışlarını yenә qaranlıq küçәdә gәzdirdi.
– Mәn onu, o qadını çox yaxşı başa düşürәm. Yollarımız heç
vaxt kәsişmәsә dә, onu başa düşürәm, – asta sәslә dedi, – onun
bütün mübarizәlәrindәn, bütün mәğlubiyyәtlәrindәn xәbәrim var.
Elә bu mәğlubiyyәtlәrinә görә dә mәn onu çox istәyirәm. Bu
mәğlubiyyәtlәr onun ürәyindә başqa bir güc yaradır. Mәn o gücә
“Tendi” adını qoymuşam. Bilirsiniz, o adı nә vaxt fikirlәşib
tapmışam? Onda hәlә bu cür bәdbәxt olmamışdım. Onda әsl
xәyalpәrәst vaxtlarım idi. Bu güc, bilirsiniz, nә gücdü? Bu güc
qadınlara sevilmәk üçün dözüm verir. Kişilәrin qadınlardan
istәdiyi, amma onlarda tapa bilmәdiyi dә budur.
Sәrxoş oğlan ayağa qalxıb Tom Hardın önündә dayandı. Bir
yerdә dura bilmәdi, irәli-geri sәndәlәdi vә kәnardakılar onun
yıxılacağını zәnn etdilәr. Amma o yıxılmadı. Sәkinin qırağında
diz çökdü, balaca qızın әllәrindәn tutub sәrxoş dodaqlarına tәrәf
apardı vә vәcdә gәlmiş halda qızın әllәrini öpdü.
– Bundan sonra Tendi ol, balaca! – o, yalvarışlı sәslә dedi. –
Güclü ol hәmişә! Cәsur ol! Әn doğru yol budur. Heç nәdәn
qorxma! Elә güclü ol ki, sevilmәyә cәsarәtin çatsın! Qadından
da, kişidәn dә daha üstün biri ol! Tendi ol, әzizim, Tendi!
Oğlan ayağa qalxdı. Sәndirlәyә-sәndirlәyә küçәaşağı getmәyә
başladı. Bir-iki gün sonra qatarların birinә minib Klivlendә, evinә
qayıtdı.
Hәmin yay axşamı o söhbәtdәn sonra Tom Hardi qızının
әlindәn tutub yola düzәldi. Qohumlarından biri onları evinә dәvәt
etmişdi. Gecәni dә orada qalacaqdılar. Qaranlıqda ağacların altı
ilә gedәrkәn kişi sәrxoş oğlanın mәnasız söhbәtlәrini artıq
unutmuşdu. O, yenә dә xәyalındakı mübahisәlәrdә insanların
Tanrıya inamını sarsıtmaq üçün fikirlәr sәslәndirirdi. Birazdan
atası qızının adını çәkib nәsә deyәrkәn uşaq qәfildәn ağlamağa
başladı.
– Mәni elә çağırma, ata! İstәmirәm mәni elә çağırasan, – qız
ağlayaraq dedi. – Mәnә Tendi de, Tendi Hard.
Qız elә acı-acı ağladı ki, Tom Hard mütәәssir olub uşağın
könlünü almaq üçün dil tökmәyә başladı. Ağacın altında dayanıb
qızı qucağına aldı vә onu oxşaya-oxşaya sakitlәşdirmәyә çalışdı:
119