Page 114 - anderson_Макет 1
P. 114
Şervud Anderson
– Köhnә günlәrimizin xatirәsi üçün, – deyәrәk üzünü çevirib
yeyin addımlarla getmәyә başladı.
– Onu tanıyırsan? Bell Törnerdir, – Helen pıçıltı ilә dedi vә
әlini cәsarәtlә Sesin әlinin üstünә qoydu. – Sevgilisi olduğundan
xәbәrim yox idi. Elә bilirdim belә şeylәr üçün onun yaşı keçib.
Ses narahat-narahat güldü. Qızın әli isti idi vә Sesi qәribә,
başgicәllәndirici bir duyğu sarmışdı. O qәrara gәldi ki, bir az
әvvәl demәk istәmәdiyi sözlәri indi qıza desin.
– Corc Villard sәnә aşiq olub, – hәyәcanına baxmayaraq, sәsi
asta vә sakit çıxdı. – O, nәsә bir hekayә yazır. İstәyir kimisә
sevsin. Bilmәk istәyir ki, bu, necә hissdir. Mәnә dedi ki, bunları
sәnә çatdırıb fikrini öyrәnim.
Helen vә Ses yenidәn sükut içindә gәzmәyә başladılar. Onlar
Riçmondların köhnә malikanәsinin әtrafındakı bağa gәldilәr vә
çәpәrin arasındakı boşluqdan içәri girdilәr. Kolun altında taxta
skamyada әylәşdilәr.
Kәndin sakit vә qaranlıq küçәlәrindә bayaqdan bәri bu qızla
gәzәrkәn Sesin ağlına yeni vә cәsarәtli fikirlәr gәldi. O, bir anlıq
qәsәbәni tәrk etmәk qәrarı üçün peşmançılıq keçirdi. “Helen
Vaytla hәr gün bu küçәlәri gәzsәm, burda qalıb yaşamaq da
maraqlı olardı”, – deyә düşündü. Xәyalına gәtirdi ki, әli ilә qızın
belindәn tutub, qızsa öz qolları ilә bәrk-bәrk onun boynuna
sarılıb. Ses bugünkü hadisәlәri, gәzdiklәri küçәlәri gözlәri önündә
canlandıraraq Helenlә sevişmәk xәyalını qurmağa başladı. Vә bu
xәyallar nәdәnsә bir neçә gün öncә getdiyi yeri onun yadına
saldı.
O, Yarmarka meydanının arxasındakı tәpәlikdә yaşayan
fermerin evinә iş dalınca getmişdi vә әkin sahәsinin içindәn
keçәn cığırla geri qayıtmışdı. Fermerin evindәn aşağıda, tәpәnin
әtәyindә bir әncir ağacı var idi. Ses bu ağacın altında dayanıb
әtrafına baxmışdı. Sakitlik olduğuna görә asta vızıltı sәsini tez
hiss elәmişdi. Ona elә gәlmişdi ki, ağacın harasındasa arıların
koğuşu var.
Ses әtrafına baxanda hәr tәrәfini arıların әhatә elәdiyini
görmüşdü. O, yamacdan aşağıdakı әkin sahәsindә, qurşağınacan
uzanan alaq otlarının içindә dayanmışdı. Otların üstündә balaca,
qıpqırmızı çiçәklәr var idi vә hәr tәrәfi o çiçәklәrin başgicәllәn -
114