Page 110 - anderson_Макет 1
P. 110

Şervud Anderson

                Sonra sanki öz sözlәrindәn utanıbmış kimi üzünü çevirib
            pәncәrәyә tәrәf getdi vә pәncәrәnin önünә dirsәklәnib ciddi sәslә
            söhbәtinә davam etdi.
                – Sevәcәyim o qız bilirsәn kimdir? Helen Vayt. O qız Helen
            Vaytdır. Bu qәsәbәnin әn gözәl qızı.
                Ağlına yeni fikir gәlmiş gәnc Villard üzünü çevirib dostuna
            tәrәf gәldi.
                – Bura bax, – dedi, – sәn Helen Vaytı mәndәn yaxşı tanıyırsan.
            Get onunla söhbәt elә, sәnә dediklәrimi ona çatdır. De ki, ona
            vurulmuşam. Gör nә cavab verir, nә reaksiya göstәrir. Sonra gәl
            hәr şeyi mәnә danış.
                Ses Riçmond ayağa qalxıb qapıya tәrәf getdi. Dostunun
            sözlәri onu әmәlli-başlı әsәbilәşdirmişdi.
                – Yaxşı, sağ ol, – Ses qısaca cavab verdi.
                Corc dostunun bu hәrәkәtindәn tәәccüblәndi. Qabağa qaçıb
            qaranlıqda Sesin sifәtini görmәyә çalışdı:
                – Nә oldu? Neylәmәk istәyirsәn? Hara gedirsәn? Gәl otur,
            bir az da söhbәt elәyәk, – dedi.
                Ses susmağı bacarmayan, hәmişә boş-boş danışan Corcu
            qәsәbәnin tipik sakinlәrindәn biri hesab edirdi vә indi bu söhbәtlәr
            onun ürәyindә dostuna qarşı bir inciklik, acıq, qәzәb oyatmışdı.
                – Helenlә özün danışarsan, – o, Corcun üstünә çәmkirdi.
            Qapıya tәrәf getdi, otaqdan çıxdı vә qapını dostunun üzünә çırpıb
            öz-özünә mızıldandı: “Helen Vaytı tapıb onunla söhbәt edәcәm.
            Amma Corcun sözlәrini ona demәyәcәm”.
                Qәzәbindәn hәlә dә öz-özü ilә danışa-danışa pillәkәni endi
            vә mehmanxananın qabaq qapısından çıxdı. Tozlu küçәni keçib,
            dәmir barmaqlıqlardan çәkilmiş alçaq çәpәri aşdı vә yaşıl
            çәmәnlikdә, sakit bir yerdә oturub hәr şeyi daha ayıq başla
            düşünmәk üçün stansiyanın hәyәtinә üz tutdu. O, Corcun
            başdanxarab olduğunu fikirlәşir vә ona daha sәrt sözlәr demәdiyi
            üçün peşmanlıq keçirirdi. Kәnardan baxanda bank işçisinin qızı
            Helen Vaytla Sesin münasibәti ciddi görsәnmәsә dә, Ses onun
            haqqında çox düşünür vә onu özünә doğma, mәhrәm biri sayırdı.
                – Axmağın biri axmaq, sәn elә yaxşı olar, o sevgi hekayәlәriylә
            başını qatasan, – Ses arxaya dönüb Corcun otağına baxa-baxa

         110
   105   106   107   108   109   110   111   112   113   114   115