Page 107 - anderson_Макет 1
P. 107

Mütәfәkkir

             Amma hәftәnin sonunda Ses qulaqları vә üz-gözü hisә batmış
          halda yorğun-arğın evә qayıdanda qadın yenә dә oğlunu danlamaq
          üçün özündә güc tapa bilmәdi. Oğlan evә girib, papağını mәtbәx
          qapısının üstündәki mismardan asdı vә gözlәrini anasına zillәyib
          baxmağa başladı.
             – Mәn bir saatdan sonra qayıdacaqdım, – deyә izah etmәyә
          başladı. – Bilmirdim nә edim. Bilirdim ki, narahat olacaqsan.
          Amma әgәr getmәsәydim, dostlarımın yanında biabır olacaqdım.
          Mәn özümә görә bunu elәdim. Yaş samanın üstündә yatmaq heç
          mәnim dә xoşuma gәlmirdi. Sonra iki kefli zәnci dә gәlib bizim
          yanımızda yatmışdı. Faytondan fermerin yemәk sәbәtini
          oğurlayandan sonra, nә qәdәr elәsәm dә, evdә yemәk gözlәyәn
          uşaqlarının bütün günü ac qalacağını fikrimdәn çıxara bilmirdim.
          Bu axmaqlıqlarım mәni dә bezdirmişdi. Amma söz vermişdim
          ki, onlar qayıdana qәdәr hәr şeyә dözәcәm.
             – Nә yaxşı ki, dözә bilmisәn, sәnә görә sevindim, – qadın
          özünü ev işlәri ilә mәşğul olurmuş kimi göstәrmәyә çalışaraq,
          yarıincik halda oğlunun alnından öpüb dedi.
             Yay axşamlarının birindә Ses Riçmond dostuna baş çәkmәkdәn
          ötrü “Nyu  Villard Hauz” mehmanxanasına yollandı. Günorta
          yağış yağmışdı, amma Ses Meyn küçәsindә gәzdiyi zaman sәma
          artıq aydınlaşmışdı vә qәrb tәrәfdә qızılı şәfәqlәr gözә dәyirdi.
          Küçәni burulub, mehmanxananın qapısından içәri girdi. Pillәkәnlә
          dostunun otağına qalxdı. Qәbul otağında mehmanxana sahibi ilә
          iki qonaq siyasәt barәsindә mübahisә edirdilәr.
             Ses pillәkәndә dayanıb onlara qulaq asmağa başladı. Onlar
          hәyәcanla vә tez-tez danışırdılar. Tom Villard qonaqlardan birini
          әmәlli-başlı söz atәşinә tutmuşdu.
             – Mәn demokratam, amma sәnin danışığın mәni cin atına
          mindirir. Sәn Mek Kinleyi başa düşә bilmirsәn. Mek Kinleylә
          Mark Hanna dostdur. Görünür, belә şeylәri anlamaq sizlik deyil.
          İndi kimsә durub desә ki, dostluq dollardan da, sentdәn dә,
          dövlәt siyasәtindәn dә üstün ola bilәr, sәn gülmәyә başlayacaqsan.
             Qonaqlardan biri – әrzaqların topdansatışı mağazasında
          işlәyәn ağbığlı, hündürboy kişi mehmanxana sahibinin sözünü
          kәsdi.

                                                                  107
   102   103   104   105   106   107   108   109   110   111   112