Page 112 - anderson_Макет 1
P. 112
Şervud Anderson
kimi әtrafdakı camaat qışqırışmağa, deyib-gülmәyә, söz atmağa
başlayacaq. Törk Smolletin yolunun, әslindә, başqa istiqamәtә
olduğunu, amma sırf üstündәki lövhәlәri yerә tökmәdәn arabanı
necә mәharәtlә sürdüyünü göstәrmәk üçün Meyn küçәsindәn
keçdiyini dә Ses bilirdi. “İndi burda olsaydı, Corc da yüz faiz
nәsә deyәcәkdi, – Ses düşündü. – Corc bu qәsәbәnin adamıdır.
Bura aiddir. O, Törkә qışqıracaqdı, Türk dönüb ona qışqıracaqdı.
İkisi dә dediklәrindәn xoşhallanacaqdılar. Amma mәndә bu cür
deyil. Mәn bura aid deyilәm. Ona görә dә burda boş-boş
veyillәnmәyәcәm. Çıxıb gedәcәm buralardan”.
Ses qaranlıqda sәndәlәdi vә bir anlıq özünü öz doğma kәn -
din dә sürgündәymiş kimi hiss etdi. Özünә yazığı gәldi, amma
mәnasız fikirlәri beynindәn atmağa çalışaraq gülümsәdi. Fikirlәşә-
fikirlәşә bu qәrara gәldi ki, sadәcә yaşından daha böyük olduğu
üçün belә şeylәr düşünür, özünә yazığı gәlmәsi üçün heç bir әsas
yoxdur. “İşlәmәliyәm, iş tapmalıyam. Bu hәyatda özümә bir yer
tutmağım üçün әziyyәt çәkib dayanmadan işlәmәliyәm. Mәn
bunu bacararam”, – deyә düşünәrәk artıq bir qәrara gәldiyini
hiss etdi.
Ses bank işçisi Vaytın evinә gәlib, qaranlıqda qapının ağzında
dayandı. Qapının üstündә Helen Vaytın anasının – kәnddә qadınlar
üçün poeziya klubunu da ilk dәfә o açmışdı – öz ixtirasıyla
kәndә töhfә verdiyi toxmaq var idi. Ses qapı toxmağını qaldırıb
buraxdı. Toxmaq uzaqlarda açılan silah kimi gurultulu bir sәs
çıxardı. “Mәn nә axmaq, nә gicbәsәr adamam, – Ses fikirlәşdi. –
Axı nә qәlәt elәyirәm bu qapının ağzında. İndi qapını anası açsa,
nә deyәcәm?”
Amma qapını Helen Vayt açdı vә açan kimi eyvanın bir
küncündә dayanan Sesi gördü. Sevincindәn qızın üzünә bir qızartı
çökdü. Çölә çıxıb, qapını sakitcә örtdü.
– Çıxıb gedirәm buralardan. Dәqiq bir planım yoxdu, amma
gedәcәm, gedib özümә hardasa bir iş tapacam. Yәqin ki,
Kolumbiyaya gedәrәm, – Ses dedi. – Bәlkә dә, orda dövlәt
universitetinә girib oxumağa başladım. Nә olur-olsun, gedәcәm.
Axşam ana ilә dә bu haqda danışacam.
112