Page 115 - anderson_Макет 1
P. 115
Mütәfәkkir
di rici әtri bürümüşdü. Arılar öz vızıltılarıyla sanki nәğmә oxuyaraq
otların әtrafında, çiçәklәrin dövrәsindә uçuşurdu.
Ses xәyalına gәtirdi ki, yay vaxtı axşamçağı hәmin ağacın
altındakı otların içindә uzanıb. Helen dә onun yanında uzanıb vә
Sesin әllәrindәn tutub. Bu xәyallarda qızı öpmәkdәn onu qәribә
bir hәvәssizlik saxlayırdı, amma Ses hiss edirdi ki, istәdiyi an
onu öpә bilәr. Hәlәliksә sakit, sәssiz uzanıb qıza baxır vә başı
üstündә vızıldayan arıların bitmәyәn әmәk nәğmәlәrini dinlәyirdi.
Ses oturduğu skamyada narahatlıqla qurcalandı. Әlini qızın
әlindәn çәkәrәk şalvarının cibinә qoydu. Verdiyi qәrarı yenidәn
qıza xatırlatmaq istәdi vә başıyla evә tәrәf işarә edib pıçıltı ilә
dedi:
– Anama deyәndә, yәqin, hay-küy salacaq. Heç xәbәri yoxdur
ki, nәlәr fikirlәşirәm. Elә bilir, hәmişә uşaq kimi buralarda
qalacam.
Sonra daha qәtiyyәtli sәslә davam etdi:
– Mәni başa düşürsәn? Mәn öz yolumu tutmalıyam. Özümә
iş tapmalıyam. Mәn bunları bacaracam.
Sesin sözlәri Helen Vaytı tәsirlәndirdi. O, başını yellәdi vә
Sesә qarşı ürәyindә bir heyranlıq duydu. “Bu, belә dә olmalıydı,–
qız düşündü, – o artıq yeniyetmә oğlan deyil, nә istәdiyini bilәn,
güclü, mәqsәdli bir kişidir”. Bayaqdan qızın bәdәnini dolaşan
anlaşılmaz istәklәr yoxa çıxdı. O, skamyada yerini düzәldib
dimdik oturdu. Göy gurultusunun sәsi yenidәn eşidildi vә sәmanın
şәrq tәrәfindә ildırım çaxdı. Seslә Helen arasında qәribә vә
maraqlı macәranın başlanması üçün tәkan verәcәk bu sirli vә
böyük bağ indi Vaynzburqun adi bağlarından biri kimi görünürdü
vә indi bu bağın nә sirri, nә dә böyüklüyü qalmışdı.
– Gedib nә edәcәksәn oralarda? – qızın pıçıltısı eşidildi.
Ses skamyada qıza tәrәf çevrilib qaranlıqda onun üzünü
görmәyә çalışdı. O, Helenin Corcdan daha hәssas, daha sәmimi
olduğunu başa düşür vә Corcun yanından tez ayrıldığı üçün
sevinirdi. Ses qәrara gәldi ki, bir neçә saat әvvәl doğma kәndiylә
bağlı keçirdiyi qәriblik duyğusunu da qıza anlatsın:
– Burda hamı ancaq danışmaqla mәşğuldur. Daha boğaza
yığılmışam. Özümә gedib elә iş tapacam ki, danışmaq önәmli
olmasın, adama danışmağa görә dәyәr verilmәsin. Bәlkә dә,
115