Page 116 - anderson_Макет 1
P. 116

Şervud Anderson

            dükanda mexanik işlәmәyә başladım. Hәlә bilmirәm. Heç nә
            vecimә deyil. Ancaq başımı aşağı salıb sakit-sakit işimi görmәk
            istәyirәm. Tәk istәyim budur.
                Ses ayağa qalxdı vә әlini cibindәn çıxardı. O, bu görüşün
            sona çatmağını istәmirdi, amma demәyә başqa bir söz dә tapa
            bilmirdi.
                – Bu, axırıncı görüşümüzdür,– o, pıçıltıyla dedi.
                Helenin ürәyini kәdәr dalğası bürüdü. Әlini Sesin çiyninә
            qoyub, boyca ondan hündür olan oğlanın gözlәrinә baxa-baxa
            onun üzünü öz üzünә tәrәf çәkdi. Qızın bu hәrәkәtindәki mәhәbbәt
            elә saf, kәdәr elә acı idi ki, gecәnin ruhundakı o sirli macәra indi
            daha heç vaxt baş tutmayacaqdı.
                Qız:
                – Yaxşısı budur, mәn gedim, – dedi vә әlini yanına saldı.
                Sonra nә fikirlәşdisә:
                 – Sәn gәlmә. Tәk getmәk istәyirәm, – deyә әlavә elәdi. –
            Sәn dә get ananla söhbәt elә. İndi söhbәt elәsәn, daha yaxşı olar.
                Oğlan çaşıb qaldı vә tәrәddüd içindә gözlәyәrkәn Helen
            üzünü çevirib qaça-qaça bağçadan çıxdı. Ürәyindәn qızın ardınca
            qaçmaq keçdi, amma gözlәrini zillәyib çaşqınlıq vә müәmma
            içindә baxmaqdan başqa heç nә edә bilmәdi.  Vaynzburqdakı
            hәyat kimi, bu hәyatın bir parçası olan Helen Vayt da onu mәәttәl
            qoymuşdu. Asta-asta evә tәrәf gedib, böyük ağacın kölgәsi altında
            dayandı. İşıqlı pәncәrәnin yanında tikişlә mәşğul olan anasına
            baxdı. Axşamüstü bütün varlığına hakim kәsilәn tәnhalıq hissi
            onun ürәyini yenidәn ilmә-ilmә öz ağuşuna aldı vә bu dәfә
            tәnhalıq başına gәlәnlәri anlamaqda ona kömәk etdi.
                – Ehh, – geri dönüb, gözlәrini Helen Vaytın getdiyi sәmtә
            zillәyәrәk dәrin bir ah çәkdi. – Onsuz da, belә olmalıydı. Bu qız
            da o birilәr kimi olmalıydı. İndi, yәqin, ürәyindә mәnә gülür.
                Baxışlarını yerә dikib nәsә fikirlәşdi vә öz-özünә pıçıldadı:
                – Bundan sonra mәni görәndә utanacaq, özünü qәribә hiss
            elәyәcәk. Onsuz da, qalan şeylәr kimi bunun da axırı belә
            olmalıydı. Sevgi mәnlik deyil, mәnim üçün deyil. Başqaları
            üçündür, axmaqlar, gәvәzәlәr, Corc  Villard kimi boşboğazlar
            üçündür.




         116
   111   112   113   114   115   116   117   118   119   120   121