Page 117 - anderson_Макет 1
P. 117

TENDİ

             O, yeddi yaşına qәdәr köhnә vә tәmirsiz evlәrindә yaşamışdı.
          Bu ev Trunyon Payka aparan istifadәsiz yolun kәnarında yerlәşirdi.
          Anası ölmüşdü. Atası isә ona çox da diqqәt göstәrmirdi. Atasının
          işi-gücü ancaq din haqqında düşünmәk vә danışmaqdan ibarәt
          idi. O, özünün aqnostik olduğunu deyir, uşaqlıqdan yetim qalan
          vә ölmüş anasının qohumlarına ümid bağlayaraq yaşayan balaca
          qızını nümunә göstәrib, hamının mәrhәmәtli dediyi o Tanrının,
          әslindә, olmadığını bildirir, qonşularının imanlarını alt-üst etmәk
          üçün әlindәn gәlәni әsirgәmirdi.
             O vaxtlar şәhәrdәn Vaynzburqa yad bir adam gәlmişdi. Hәmin
          adam o yetim qızda atasının görә bilmәdiklәrini görmәyi bacarmışdı.
             Saçları qırmızıya çalan hündürboy, gәnc bir oğlan idi vә
          demәk olar ki, hәmişә kefli olardı. Bәzәn qızın atası Tom Hardla
          birgә o da “Nyu Villard Hauz” mehmanxanasının önündә otururdu.
          Tom  Tanrının olmadığı ilә bağlı söhbәtlәrinә davam etdikcә
          oğlan gülümsәyir vә kәnarda dayananlara göz vururdu. Onlar
          qısa zamanda dost olmuşdular vә bir-birlәri ilә tez-tez görüşüb
          söhbәt lә şir dilәr.
             Bu cavan oğlan Klivlenddәn olan varlı bir tacirin oğlu idi.
          Vaynzburqa gәlmәkdә onun bir mәqsәdi var idi. İçkini tәrgitmәk
          üçün bura gәlmişdi vә düşünürdü ki, şәhәrdәki dostlarından uzaq
          qalıb kәnd mühitindә yaşasa, onu getdikcә mәhv edәn bu
          aludәçilikdәn xilas olacaq.
             Amma  Vaynzburqda yaşamaq ona düşmәdi. Cansıxıcı vә
          darıxdırıcı saatlar onu içkiyә daha da aludә elәdi. Lakin bircә
          şeyә nail ola bildi: Tom Hardın qızına dәrinmәnalı bir ad qoydu.
             Bir axşam uzun sürәn içki mәclislәrinin sәrxoşluğundan
          ayılmağa çalışarkәn yenә dә Meyn küçәsinә gәldi. Tom Hard
          “Nyu Villard Hauz” mehmanxanasının qarşısında idi. Beşyaşlı
          qızı da onun dizlәrindә oturmuşdu. Corc  Villard isә  Tomun
          yanında, yolun kәnarında dayanmışdı. Cavan oğlan onların
          yanındakı stulda oturdu. Onun bәdәni әsirdi. Danışanda sәsi dә
          titrәmәyә başladı.

                                                                  117
   112   113   114   115   116   117   118   119   120   121   122