Page 122 - anderson_Макет 1
P. 122
Şervud Anderson
tәk-tәnha gәzdiyi zaman hәmişә ürәyindәn belә bir istәk keçmişdi
ki, müqәddәs kitabdakı sözlәri ucadan, bağıraraq desin vә heç
vaxt buna cәsarәti çatmamışdı. Körtis Hartmen inanmaq istәyirdi
ki, onun da içindә bir övliya kәramәti var. Vә ümid edirdi ki, nә
zamansa Tanrının verdiyi bu kәramәt vә qüdrәt onun sәsindә,
ruhunda özünü göstәrәcәk, insanlar isә Tanrının bir işarәsi olan
bu qüdrәt qarşısında heyrәtdәn tir-tir әsәcәklәr.
– Mәn yazıq bir adamam, bu cür xoşbәxtlik heç vaxt mәnә
nәsib olmayacaq, – kefsiz halda fikirlәşәrdi, sonra isә sәbir dolu
bir tәbәssüm üz cizgilәrini yenidәn işıqlandırardı.
– Eybi yox, әsas odur ki, mәn әlimdәn gәldiyi qәdәr öz
ibadәtimi yerinә yetirirәm, – bәzәnsә özünә tәsәlli vermәk üçün
filosof әdası ilә bu sözlәri deyәrdi.
Bu qüdrәt vә kәramәtә sahib olmaq üçün keşişin bazar günü
sәhәrlәr gizlicә ibadәt etdiyi hәmin otaq kilsәnin zәng qüllәsindә
yerlәşirdi. Cәmi bir pәncәrәsi var idi. Bu ensiz vә uzun pәncәrә
çölә açılırdı. Şüşәsinin üzәrindә şәfqәt hissi ilә balaca bir uşağın
başını sığallayan İsa peyğәmbәrin tәsviri görünürdü. Otaqdakı
masanın üstündә İncil vә oxunacaq moizәlәrin kağızları olardı.
Bir dәfә yay sәhәrlәrinin birindә hәmin iş otağında öz masasının
arxasında әylәşәrәk İncil oxuyarkәn keşişin gözlәrinә qarşıdakı
evdә çarpayısında uzanaraq siqaret çәkә-çәkә kitab oxuyan bir
qadın göründü. Körtis Hartmen barmaqlarının ucunda asta-asta
yeriyәrәk pәncәrәyә tәrәf gәldi vә sakitcә pәncәrәni bağladı.
Qәfildәn gözlәrinin önündә siqaret çәkәn bir qadının peyda
olması onu dәhşәtә gәtirmişdi vә o, heç cür anlaya bilmirdi ki,
müqәddәs kitabın sәhifәlәrini oxuduğu halda, necә olmuşdu ki,
özü dә bilmәdәn o qadının açıq çiyinlәrinә, ağappaq sinәsinә
baxmışdı. Keşiş gördüyü mәnzәrәnin tәsiri altında aşağı enәrәk
minbәrin arxasına keçdi vә dediyi sözlәrin fәrqinә varmadan
moizәsini oxudu. Lakin hәmin moizә hәmişәkindәn daha aydın
vә daha şövqlü alındı. Keşiş: “Görәsәn indi o da mәnim sәsimi
eşidirmi? Bәlkә,bu sözlәrim ona da tәsir edә bilәr”, – deyә
düşündü vә növbәti hәftәlәrdә öz moizәlәri ilә o qadının ürәyinә
toxuna bilәcәyinә, o günahkar insanı qәflәt yuxusundan oyada -
ca ğına ümid etmәyә başladı.
122