Page 124 - anderson_Макет 1
P. 124

Şervud Anderson

            çıxaraq Vaynzburq küçәlәrindә gәzişmәyә başladı. Meyn küçәsinә
            çatdığı zaman Riçmondların köhnә malikanәsi qarşısında ayaq
            saxladı vә yerdәn bir daş götürәrәk yeyin addımlarla zәng
            qüllәsindәki otağına üz tutdu. Daşla pәncәrә şüşәsinin bir küncünü
            sındırdı vә qapını bağladıqdan sonra üstünә İncil qoyulmuş
            masasının arxasına keçәrәk gözlәmәyә başladı. Qarşı otaqda
            kimsә pәncәrәnin jalüzünü açdı. Amma keşiş axtardığı qadının
            orada olmadığını dәrhal başa düşdü. Hәmin vaxt Keyt Svift dә
            Vaynzburq küçәlәrindә gәzişmәk üçün yatağından qalxaraq evi
            tәrk etmişdi. Jalüzü çәkәn qadın isә onun anası Elizabet Svift idi.
                Qadını görmәk istәyinin baş tutmadığını anlayan keşiş
            günahdan qurtulduğu üçün sevincindәn az qala ağlayacaqdı. O,
            yavaş-yavaş ayağa qalxdı vә ibadәt etmәk üçün öz evinә qayıtdı.
            Necә oldusa, otaqdan çıxarkәn sındırdığı şüşәnin yerini örtmәyi
            unutdu. Şüşәnin qopmuş hissәsindә isә mәftun baxışlarla İsa
            peyğәmbәrin üzünә baxan o balaca oğlan uşağının çılpaq dabanı
            tәsvir edilmişdi.
                Körtis Hartmen hәr hәftә hәvәslә oxuduğu moizәni hәmin
            bazar günü oxumadı. Kilsәyә ibadәtә gәlәnlәr qarşısında qısaca
            çıxış edәrәk içindәn gәlәn sözlәri dedi. Onlara keşişlәrin dә adi
            insanlar kimi günah edә bilәcәyini başa salmağa çalışdı:
                – Mәsәlәn, mәn öz hәyat tәcrübәmdәn yaxşı bilirәm ki,
            Tanrının sözünü insanlara çatdıran keşişlәr dә nәfsdәn vә gü-
            nahlardan arınmayıb. Elә vaxtlar olub ki, mәn özüm dә nәfsim
            qarşısında mәğlub olmuşam. Sadәcә, etdiyim dualar sayәsindә
            Tanrı mәni bu mәrtәbәyә qaldırıb. O, mәni heç zaman tәk
            qoymayıb. O, öz yardımını sizdәn dә әsirgәmәz. Ümidinizi itir -
            mә yin. Günahla üz-üzә qaldığınız zaman sadәcә başınızı qaldırıb
            göyә baxın. Onu xatırlayın, Ondan yardım istәyin. O, sizi gü-
            nahlardan qoruyacaq.
                Keşiş yeni bir qәtiyyәtlә gördüyü qadını unutmağa, onun ağ
            bәdәnini yaddan çıxarmağa çalışırdı. Evdә olarkәn özünü qәribә
            aparır, gәncliyindә göstәrmәdiyi sevgi nәvazişlәri ilә hәyat
            yoldaşını tәәccüblәndirirdi. Bir axşam gәzintisindә Bakay
            küçәsindәn çıxdıqları zaman  Votervörks Pondun yaxınlığında,
            Qospel Hillin qaranlığında keşiş әlini Sarah Hartmenin belinә
            apararaq onu qucaqlamışdı. Bir dәfә dә sәhәr yemәyindәn sonra
            hәmişәki kimi iş otağına keçmәk әvәzinә, arvadına yaxınlaşaraq

         124
   119   120   121   122   123   124   125   126   127   128   129