Page 126 - anderson_Макет 1
P. 126

Şervud Anderson

            kilsәni tәrk edәrәk sakit vә qaranlıq küçәyә çıxmış, duasını
            dayandırmadan gecәyarısına qәdәr gәzmәyә davam etmişdi. O,
            öz hisslәrini anlaya bilmirdi. Bәzәn bir neçә hәftә boyunca hәmin
            qadın tәk-tük hallarda yadına düşәrdi vә buna görә dә artıq
            nәfsinә qalib gәldiyini düşünәrdi. Lakin sonra qәfildәn hәr şey
            dәyişәrdi. Evindәki iş otağında, masasının arxasında oturub bütün
            diqqәtini moizә kağızlarına yönәltdiyi halda, birdәn ona nәsә
            olar, әsәblәri gәrilәrdi. Ayağa durub otağın içindә o başa, bu başa
            gedәrәk var-gәl edәrdi. Öz-özünә “gedirәm, indi gedirәm” deyәrәk
            küçәyә çıxardı. Amma kilsә qapısının astanasında dayanarkәn
            belә, bura gәlişinin әsl sәbәbini özünә etiraf etmәk istәmәzdi:
                – Şüşәni düzәltmәyәcәm, hәr gün dә bura gәlәcәm, amma
            ona baxmayacam. Bunu bacarmaq çәtin deyil.  Tanrı özü bu
            sınağı mәnim qabağıma çıxarıb. Mәn bu sınaqdan üzüağ çıxacam!
            Mәn bunu bacaracam!
                Yanvar qarlarının Vaynzburq küçәlәrini ağ rәngә bürüdüyü
            şaxtalı qış gecәlәrinin birindә Körtis Hartmen axırıncı dәfә
            kilsәnin zәng qüllәsindәki hәmin otağa getdi.  Tәlәsdiyindәn
            çәkmәlәrini geyinmәyi dә unudan keşiş saat doqquzda evdәn
            çıxdı. Meyn küçәsindә gecә gözәtçisi Hop Hiqinzdәn başqa, heç
            kim gözә dәymirdi. O şaxtalı qış gecәsindә oyaq qalanlardan biri
            dә redaksiyadakı otağında oturub yeni hekayәsi üzәrindә işlәyәn
            gәnc Corc  Villard idi. Kilsә yollarına yağan qar üstündә indi
            keşişin ayaq izlәri görünürdü vә o artıq әmin idi ki, bu dәfә
            hәmin yollar onu günaha aparır.
                – Onu yenә görmәk istәyirәm, doyunca baxmaq istәyirәm
            ona. Bundan sonra özümә zülm elәmәyәcәm, onun çiyinlәrini
            öpmәk istәyini özümdәn gizlәtmәyәcәm.
                 Bu sözlәri deyәrkәn, nә qәdәr çalışsa da, göz yaşlarını
            saxlaya bilmәdi. O artıq keşişlikdәn әl çәkmәk vә özünә yeni bir
            hәyat qurmaq haqqında düşünürdü.
                – Gedәcәm, gedәcәm buralardan, özümә başqa iş tapacam.
            Әgәr mәn bu cür yaradılmışamsa, günahlar qarşısında bu cür
            zәifәmsә, daha müqavimәt göstәrmәyәcәm, qoy nә olur-olsun,
            qoy әn pis günahlara batım, әn azından ikiüzlü olmaram. Bir
            tәrәfdәn camaata ağıl öyrәdib, o biri tәrәfdәn bu namәhrәm
            qadına baxmaram.

         126
   121   122   123   124   125   126   127   128   129   130   131