Page 130 - anderson_Макет 1
P. 130

Şervud Anderson



                                 MÜӘLLİMӘ


                Tәxminәn sәhәr saat ondan yağmağa başlayan qar bütün
            Vaynzburqu öz ağuşuna almışdı. Arabir külәk әsir vә yerә çatmağa
            macal tapmayan qar dәnәlәrini küçә boyunca sovururdu. Qar
            altında qalan palçığı donmuş şәhәr yollarının nahamarlığı indi
            daha gözә çarpmırdı.
                – Bu qarda yaxşı xizәk sürmәk olar, – Ed Qirifisin meyxanasında
            piştaxtanın yanında dayanan Vill Henderson düşünürdü. Qapıdan
            çıxarkәn ayağında iri, sukeçirmәz çәkmәlәri ilә sәndәlәyә-sәn -
            dә lәyә meyxanaya tәrәf gәlәn aptekçi Silvester Vestlә qarşılaşdı.
                – Qara görә şәnbә günü hamı tökülüşüb şәhәrә gәlәcәk, –
            әczaçı dedi. Daha sonra onlar içәri keçib söhbәt elәmәyә başladılar.
            Ayaqlarına çәkmә geyinmәmiş Vill Hendersonun әynindә parıltılı
            bir plaş var idi. O, sağ ayağının pәncәsi ilә sol ayağının dabanına
            vura-vura әczaçının sözlәrini dinlәyirdi. Әczaçı isә müdrik
            adamlar kimi qar haqqında danışmağa davam edirdi:
                – Amma taxıl üçün bu qar çox yaxşı oldu.
                Hәmin gün Corc Villardın mәtbәәdә işi yox idi. Buna görә
            dә o, şәn görünürdü. Hәftәlik qәzet çap olunmuş vә çәrşәnbә
            günü axşam poçta aparılmışdı. Qar isә sabahkı gün yağmağa
            başlamışdı. Saat sәkkizdә, sәhәr qatarı keçdikdәn sonra Corc bir
            cüt konkini dә götürәrәk Votervörks Ponda getdi, amma nәdәnsә
            konki sürmәk fikrindәn daşındı. Gölmәçәnin yanından ötüb Vayn
            çayına aparan cığırla fikirli-fikirli fıstıq meşәliyinә tәrәf gәldi.
            Meşәyә çatan kimi ocaq qaladı vә kötüyün üstündә oturaraq
            fikirlәşmәyә davam elәdi. Birazdan qar yağmağa, külәk әsmәyә
            başlayanda Corc çör-çöp yığmaq üçün ayağa qalxdı.
                Gәnc jurnalist sәhәrdәn bәri bir vaxtlar mәktәbdә onun
            müәllimәsi olmuş Keyt Svift haqqında düşünürdü. Dünәn
            axşamçağı müәllimәsinin ona vermәk istәdiyi kitabı götürmәk
            üçün Keyt Sviftin evinә gedәndә Corc düz bir saat onunla evdә
            tәk qalmışdı. Bununla neçәnci dәfәydi ki, Corc hәmin qadının
            qәribә bir hәyәcanla, qәribә bir ciddiliklә danışdığını görür,

         130
   125   126   127   128   129   130   131   132   133   134   135