Page 133 - anderson_Макет 1
P. 133

Müәllimә

          küçәyә çıxmağa vadar elәmişdi. Pul mәsәlәsi ilә bağlı Vaynzburq
          dairә mәrkәzinә getmiş anası Elizabet Svift hәmin gün evә
          qayıtmayacaqdı. O axşam Vaynzburqun qarlı küçәlәrini gәzmәk
          fikri beyninә vuranda Keyt Svift oxuduğu kitabı yarımçıq qoyaraq
          qapının yanındakı asılqandan plaşını götürüb evdәn çıxmışdı.
             Otuzyaşlı Keyt Svift çox da gözәl deyildi. Üzündә hansısa
          xәstәliyin әlamәtlәri olan sızanaqlar var idi.  Amma o gecә
          Vaynzburqun ağappaq küçәlәrindә o, çox gözәl görünürdü. Şux
          qamәtli bu qadının üz cizgilәri yay axşamlarının solğun işığında
          kilsә hәyәtindә görünәn balaca ilahә heykәlciyini xatırladırdı.
             Hәmin gün günorta Keyt Svift öz sәhhәti ilә bağlı Hәkim
          Vellinqin yanına getmişdi. Hәkim onu әmәlli-başlı danlamış vә
          öz sağlamlığına qarşı bu cür etinasız davranarsa, gәlәcәkdә
          eşitmә qabiliyyәtini itirәcәyini demişdi.
             Amma soyuq havada küçәlәri gәzәrkәn hәkimin sözlәri onun
          yadına da düşmürdü, yadına düşsәydi dә, qayıtmayacaqdı. Әvvәl-
          әvvәl üşüsә dә, bir az gәzdikdәn sonra daha soyuğu hiss elәmәdi.
          Öz küçәlәrindә gәzişdikdәn sonra önündә tәrәzi qoyulmuş әrzaq
          anbarının qarşısından keçәrәk Trunyon Payk küçәsinә buruldu.
          Trunyon Paykda Ned  Vinterz anbarının yanından ötdü, alçaq
          damlı evlәrә baxa-baxa şәrqә – Qospel Hill tәrәfә döndü. Daha
          sonra Votervörks Pond vә Ayk Simidin cücә fermasına aparan
          Saker küçәsini fikirli-fikirli dolaşdı. Gәzdikcә onu evdәn çıxaran
          dәlisov duyğular gah sönür, gah da yenidәn oyanırdı.
             Keyt Sviftin xarakterindә insanı özündәn uzaqlaşdıran vә
          heç dә xoş olmayan nәsә var idi. Bunu hamı hiss edirdi. Sinifdә
          o, çox sakit, soyuqqanlı vә ciddi olardı, amma bununla belә,
          şagirdlәri ilә sәmimi olmağı da bacarardı. Bәzәn dәrs zamanı
          yadına nәsә düşәr vә sevincini gizlәdә bilmәzdi. Uşaqlar da bunu
          hiss edәr, birdәn-birә sәbәbsiz yerә müәllimәnin sevindiyini
          görәndә tәәccüblәnәrdilәr. Belә mәqamlarda şagirdlәr dәrsә ara
          verәrәk ona baxardılar, müәllimә isә sinif otağında yuxarı-aşağı
          var-gәl edәr vә çox sürәtlә danışardı.
             Danışdığı mövzuların bәzәn dәrslә heç bir әlaqәsi olmazdı.
          Bir dәfә o, Çarlz Lәmbin övladları vә yazıçının öz hәyatı haqqında

                                                                  133
   128   129   130   131   132   133   134   135   136   137   138