Page 135 - anderson_Макет 1
P. 135

Müәllimә

          anası Elizabet Svift o vaxta qәdәr demәdiyi sözlәri dә qızına
          demişdi:
             –  Yaxşı ki, sәn kişi doğulmamısan, ömrüm boyu gecәlәr
          atanı gözlәyә-gözlәyә qalmışam. Gecәyarıya qәdәr nә elәdiyindәn
          xәbәrim dә olmayıb. İndi dә sәn. Xahiş edirәm, sәn onun kimi
          olma.
             O gecә gәzintisindә Keyt Svift şagirdi Corc Villard haqqında
          düşünürdü. Corc hәlә mәktәbli ikәn yazdığı bir hekayәsini ona
          oxumuş vә hәmin vaxt Keyt şagirdindәki istedadın közәrtilәrini
          görmüşdü. Keyt bu közәrtilәrin alova çevrilmәsini çox istәyirdi.
          Bir dәfә yay günlәrinin birindә “Vaynzburq İql” qәzetinin
          redaksiyasına gәlmiş vә Corcun heç bir işi olmadığını görüb
          onunla söhbәtә başlamışdı. Söhbәt edә-edә onlar Meyn küçәsindәn
          keçәrәk Yarmarka meydanına getmişdilәr. Üstünü mamır örtmüş
          skamyaların birindә oturduqdan sonra Keyt Svift Corca öz
          mәslәhәtlәrini vermişdi.
              – Bilirsәn, sәnin әsas işin nәdir? Sәn indi hәr şeydәn çox
          yaşamağa, hәyatı tanımağa can atmalısan, – bunları deyәrkәn
          Keytin sәsi hәyәcandan әsmişdi. Sonra isә Corcun gözlәrinә
          baxmaq üçün әlini onun çiyinlәrinә qoymuş vә Corc da üzünü
          ona tәrәf çevirmişdi. Onlar elә yaxın dayanmışdılar ki, yoldan
          keçәn olsaydı, bu iki adamın qucaqlaşdığını düşünәrdi. Corcun
          gözlәrinә baxa-baxa qadın öz mәslәhәtlәrini vermәyә davam
          elәmişdi:
             – Әgәr әsl yazıçı olmaq istәyirsәnsә, mәnasız cümlәlәrlә ba -
          şı nı qatmamalısan. Yaxşı olardı ki, hәlәlik heç nә yazmayasan.
          Tam hazır olana kimi heç nә yazmayasan. İndi sәnin görmәli
          olduğun әn vacib iş yaşamaqdı. Mәn sәni qorxutmaq istәmirәm,
          ancaq istәyirәm bilәsәn ki, bu iş necә çәtin işdir. Sәn indi
          insanların nә dediyini yox, nә düşündüyünü hiss etmәyә
          çalışmalısan.
             Bir gün әvvәl – Keşiş Körtis Hartmenin kilsәnin zәng
          qüllәsindә әylәşәrәk o qadının ağ bәdәninә baxmağı sәbirsizliklә
          gözlәdiyi gecә Corc Villard müәllimәsindәn kitab almaq üçün
          onun evinә getmişdi. Oğlanı çaşdıran, onu düşüncәlәrә qәrq edәn
          şey o idi ki, artıq kitabı alıb evdәn çıxmaq istәyәrkәn Keyt Svift

                                                                  135
   130   131   132   133   134   135   136   137   138   139   140