Page 132 - anderson_Макет 1
P. 132

Şervud Anderson

            qaydasında olduğunu görәndәn sonra “Nyu Villard Hauz”a gәldi
            vә qapını astaca döydü. Hop bütün gecәni sobanın yanında
            keçirmәyә hazırlaşırdı.
                – Sәn istәyirsәn, get yat, sobaya mәn baxaram, – xırda uşaq
            çarpayısında mürgülәyәn oğlana dedi.
                Hop sobanın yanında әylәşdi vә ayaqqabılarını çıxardı. Oğlan
            yatmaq üçün öz otağına getdikdәn sonra Hop Hiqqinz görәcәyi
            işlәri götür-qoy etmәyә başladı. O, yazda evini tәmir etmәk
            istәyirdi vә tәmirә, fәhlәlәrә verәcәyi pulu dәqiqliklә hesablamağa
            çalışırdı. Altmış yaşı var idi, artıq tәqaüdә çıxmaq fikrindәydi.
            Vәtәndaş müharibәsindә iştirak etdiyi üçün ona hәr ay әlavә pul
            da verilirdi. Hop Hiqqinz neçә vaxtdan bәri pul qazanmağın
            başqa yollarını axtarırdı vә hardansa ağlına batmışdı ki, safsar
            saxlamaqla yaxşı qazanc әldә edә bilәr. Evinin zirzәmisindә bu
            qәribә, vәhşi vә balaca mәxluqlardan dördünü saxlayırdı. Bu
            heyvanlardan ovçular әn çox dovşan ovunda istifadә edirdilәr.
                – Demәli, indi bir erkәk, üç dә dişi var, – o düşünürdü. –
            Bәxtim gәtirsә, yaza qәdәr çoxaldıb ondörd-onbeş elәyә bilәrәm.
            O biri il dә qәzetlәrdә satış üçün elanlar vermәk imkanım olar.
                Hop Hiqqinz stuluna yayxanaraq bir anlıq xәyallarından
            uzaqlaşdı. Amma onu yuxu tutmadı. Artıq neçә il idi ki, uzun
            gecәlәrdә saatlarla belә oturar, amma nә yuxulu, nә dә oyaq
            olardı. Sәhәrlәr isә bütün gecәni rahat yatmış adamlar kimi
            özünü gümrah hiss edәrdi.
                O gecә oyaq qalan dörd nәfәrdәn biri dә Corc Villard idi.
            Corc bütün diqqәtini yazdığı hekayәyә yönәltmәyә çalışsa da,
            әslindә, hәlә dә sәhәrçağı ocağın әtrafında oturarkәn qәrq olduğu
            düşüncәlәrdәn xilas ola bilmәmişdi.
                Presbayterian kilsәsinin zәng qüllәsindәki qaranlıq otağında
            oturan keşiş Körtis Hartmen uzun illәrdәn bәri bәslәdiyi ümidlә
            Allahdan vәhy gözlәyirdi.
                O gecәnin oyaq qalanlarından biri Keyt Svift isә evindәn
            çıxaraq soyuq vә qarlı küçәlәrdә gәzişirdi. O, evdәn çıxanda saat
            on idi. Bu axşam gәzintisi onun özü üçün dә gözlәnilmәz olmuşdu.
            Belә soyuq havada çölә çıxmaq niyyәti olmayan Keyt Svifti
            sanki o gecә onun haqqında düşünәn iki adam öz düşün cә lә ri ilә

         132
   127   128   129   130   131   132   133   134   135   136   137