Page 134 - anderson_Макет 1
P. 134
Şervud Anderson
şagirdlәrә maraqlı vә qәribә әhvalatlar danışmışdı. Keyt Svift bu
әhvalatları elә şövqlә danışırdı ki, sanki o özü hәmin yazıçı ilә
eyni evdә yaşamış vә onun şәxsi hәyatına aid olan bütün sirlәri
öyrәnmişdi. Şagirdlәr isә müәllimәnin bu inandırıcı hekayәlәrindәn
elә tәsirlәnәrdilәr ki, Çarlz Lәmbin bir vaxtlar Vaynzburqda
yaşadığını düşünәrdilәr.
Keyt Svift bir dәfә dә şagirdlәrinә Benvenito Sellini haqqında
danışmış vә onları xeyli güldürmüşdü. Bu söhbәtlәr Benvenito
Sellinini şagirdlәrin tәsәvvüründә lovğa, әdabaz, amma hәm dә
cәsur vә sevimli bir insan kimi canlandırmışdı. Keyt Svift Sellini
haqqında hәtta lәtifәlәr dә uydurmuşdu. Bu lәtifәlәrdәn biri
Milanda keçirdiyi illәrdә Sellininin qaldığı kirayә evin yuxarı
mәrtәbәsindә yaşayan almaniyalı musiqi müәllimәsi haqqında
idi. Uşaqlar bu lәtifәni eşidәndә gülmәkdәn uğunub-getmişdilәr.
Hәtta Şuqerz Meknats adlı alyanaqlı, kök oğlan o qәdәr gülmüşdü
ki, oturduğu stuldan yıxılmışdı. Müәllimә dә uşaqlara qoşulub
öz danışdığı lәtifәyә xeyli gülmüşdü. Amma hәmin dәrsdә ona
yenә dә nәsә olmuş vә bir az әvvәl gülәn qadın qәfildәn çox
ciddi, soyuq vә sәrt bir adama çevrilmişdi.
O qış gecәsindә qarla örtülü küçәlәri gәzdikcә Keyt Svift öz
taleyinin dә, öz xoşbәxtliyinin dә bu küçәlәr kimi qar altında
qaldığını düşünürdü. Vaynzburqda, bәlkә dә, heç kimin tәsәv vü -
rü nә gәlmәzdi ki, o, necә macәrapәrәst qadın olub. Mәktәbdә
uşaqlara dәrs keçәrkәn, küçәlәrdә gәzәrkәn içindәki kәdәrlәr,
ümidlәr vә arzular onu rahat qoymazdı. Zahirәn sakit vә soyuqqanlı
görünәn bu qadının qәlbindәki duyğulardan, hәsrәtlәrdәn,
istәklәrdәn heç kәsin xәbәri yox idi. Vaynzburqlular onun sevgi
vә ehtiras hisslәrindәn tamam uzaq olduğunu, hәtta bütün insanlara
xas olan digәr duyğulardan da arındığını düşünür dü lәr. Amma
әslindә, bütün Vaynzburqda, bәlkә dә, ürәyi Keyt Svift kimi
sevgi vә ehtiras hisslәri ilә dolu olan ikinci bir adam yox idi vә
Vaynzburqa köçәndәn bәri ilk dәfә deyildi ki, Keyt Svift heç cür
sakitlәşdirә bilmәdiyi duyğuları ilә savaşa-savaşa, yaşamadığı
sevginin hәsrәtini çәkә-çәkә Vaynzburq küçәlәrini dolaşırdı. Bir
dәfә dә yağmurlu bir gündә düz altı saat yağışın altında belәcә
gәzmişdi. Evә qayıdanda anası ilә dalaşmışdı. Onu danlayan
134