Page 106 - anderson_Макет 1
P. 106

Şervud Anderson

                Әslinә qalsa, Ses çox şeyi anasından daha yaxşı anlayıb dәrk
            edirdi.Virciniya hәr kәsin hәyata qarşı eyni, әnәnәvi münasibәt
            göstәrәcәyini gözlәyirdi. Oğlunu danladığı zaman o, qorxudan
            әsmәli vә gözlәrini döşәmәyә zillәmәli idi. Onu bir az da bәrk
            tәnbeh elәyәndә ağlamalı idi. Sonra oğlunu bağışlamalı idi.
            Yatandan sonra isә gizlicә otağına getmәli vә onu öpmәli idi.
                Virciniya Riçmond anlamırdı ki, nәyә görә oğlu bütün bunları
            etmir. Onu әn bәrk danladığı vaxtlarda belә nә әsir, nә dә gözlәrini
            yerә dikirdi. Әksinә, yenә gözlәrini zillәyib anasına baxırdı vә
            bu baxışlar qadının fikrindә narahat şübhәlәr yaratmağa başlayırdı.
            Oğlunun otağına getmәk mәsәlәsinә qalanda isә, Sesin on beş
            yaşı olandan sonra qadın daha bunu da etmәkdәn çәkinirdi.
                On altı yaşında ikәn Ses bir dәfә iki oğlana qoşulub evdәn
            qaçmışdı. Onların üçü dә boş yük maşınının açıq qapısından
            içәri girmiş vә qırx mil uzaqda yarmarka keçirilәn bir qәsәbәyә
            gәlmişdilәr. Oğlanların birindә viski vә böyürtkәn arağının
            qarışığından ibarәt içki dә var idi. Onlar maşının arxasında
            oturmuşdular.  Ayaqlarını aşağı sallayıb yavaş-yavaş içirdilәr.
            Sesin dostları mahnı oxuyur vә qatarın keçib-getdiyi stansiyada
            dolaşan adamlara әl edirdilәr. Onlar öz ailәlәri ilә birgә yarmarkaya
            gәlәn fermerlәrin sәbәtlәrini qapıb almaq üçün fürsәt gözlәyir
            vә:
                – Biz krallar kimi yaşayacağıq. Yarmarkaya, at yarışlarına
            bir qәpik dә xәrclәmәyәcәyik, – deyәrәk lovğalanırdılar.
                Ses yoxa çıxandan sonra Virciniya Riçmond evindә o tәrәfә,
            bu tәrәfә gedәrәk var-gәl edir, ürәyindәki narahatlığı yatırda
            bilmirdi. Növbәti gün şәhәr polisinin araşdırması nәticәsindә
            oğlanların nә etdiklәrindәn xәbәr tutsa da, yenә özünü
            sakitlәşdirmәyi bacarmadı. Bütün gecәni oyaq halda uzanıb,
            saatın tıqqıltısını dinlәyә-dinlәyә fikirlәrә daldı. O düşünürdü ki,
            Ses dә atası kimi bir gün öz qәfil vә dәhşәtli ölümü ilә onu
            sarsıdacaq. Polisin bu işә qarışmasına imkan vermәk istәmәsә
            dә, öz qәzәbini oğluna hiss etdirmәyә Virciniya bu dәfә o qәdәr
            qәrarlı vә әmin idi ki, әvvәlcәdәn ona deyәcәyi sәrt vә acı sözlәri
            ölçüb-biçdi, axırda da bu sözlәri karandaşla bircә-bircә kağıza
            yazdı. Sonra bütün bağçanı gәzә-gәzә öz rolunu mәşq edәn aktyor -
            lar sayağı yazdığı sözlәri әzbәrlәmәyә başladı.

         106
   101   102   103   104   105   106   107   108   109   110   111