Page 93 - anderson_Макет 1
P. 93

Macәra

          sanki mәnasız, mәqsәdsiz bir vәrdişә çevrilmişdi. Әyninә geyindiyi
          bütün paltarları köhnәlsә dә, tәzә paltar almağa pul xәrclәmәk
          istәmirdi.  Yağışlı günlәrdә mağazada olarkәn bәzәn hesab
          dәftәrçәsini qarşısına qoyar, yığdığı pulları әriylә birgә gәlәcәk
          xoşbәxt hәyatlarında necә xәrclәyәcәklәri haqqında xәyallara
          dalardı.
             “Ned hәmişә başqa ölkәlәri gәzmәk istәyirdi. İndi o, istәdiyi
          ölkәyә gedә bilәcәk. Evlәnәndәn sonra ikimiz dә işlәyәcәyik,
          istәdiyimiz qәdәr pulumuz olacaq. Sonra ikimiz bir yerdә bütün
          ölkәlәrә gedәcәyik, bütün ölkәlәri gәzәcәyik”, – o, öz-özünә
          düşünürdü.
             Belәcә, Elis bu cür xәyallar qura-qura sevgilisinin qayıtmasını
          gözlәyirdi. Vaxt isә atını çapmaqda idi, günlәr hәftәlәrә, hәftәlәr
          aylara, aylarsa illәrә çevrilirdi. Elisin işlәdiyi mağazanın sahibi
          ağsaçlı, nazik bığlı, yaşlı bir kişi idi.  Taxma dişlәri olan bu
          kişinin söhbәt etmәklә heç arası yox idi. Qışın yağışlı günlәrindә,
          Meyn küçәsindә tufanın tüğyan elәdiyi vaxtlarda elә olurdu ki,
          saatlarla bircә müştәri dә mağazaya ayaq basmırdı. Bu vaxtlarda
          Elis satılacaq malları qaydaya salar, yerini dәyişәr, sonra yenә
          tәkrar-tәkrar eyni şeylәri elәyәrdi. O, pәncәrә qarşısında dayanar,
          tәrk edilmiş, atılmış, insan yaşamayan evlәrә, küçәlәrә baxar vә
          Ned Kari ilә gәzdiyi axşamları xatırlardı. Sonra Ned Karinin
          dediyi sözlәr yadına düşәrdi. “İndi biz bir-birimizә daha da sadiq
          olmalıyıq, Elis”. Vә bu sözlәr onun qulaqlarında aramsız şәkildә
          sәslәnәr, kәsilәr, sonra yenidәn sәslәnәrdi... Onun gözlәri yaşla
          dolardı. İş yerindә tәk qaldığı vaxtlarda başını piştaxtaya qoyar
          vә için-için ağlardı.
             “Ah, Ned, mәn hәlә dә sәni gözlәyirәm”, – deyib ağlaya-
          ağlaya pıçıldayar vә hәr dәfә Nedin heç vaxt dönmәyәcәyi
          qorxusu onun içindә qara bir xәyal kimi baş qaldırardı.
             Hәlә yayın isti, uzun günlәri gәlmәmiş, yağışlı gündüzlәri,
          qarlı-ayazlı gecәlәri arxada qoyan yaz günlәrindә  Vaynzburqa
          valehedici bir gözәllik çökmüşdü. Vaynzburq geniş düzlәrin tәn
          ortasında yerlәşirdi. O düzlәrdә böyük әkin sahәlәri, o әkin sahә -
          lә rindәn bir az uzaqlarda isә yamyaşıl meşәlәr uzanırdı. Meşә -
          lәrin qıraq-bucağında çoxlu kimsәsiz guşәlәr, balaca monas tır lar,

                                                                  93
   88   89   90   91   92   93   94   95   96   97   98