Page 88 - anderson_Макет 1
P. 88

Şervud Anderson

            man  xanaya tәrәf gәlәn bu balaca vә cәld adamın görünüşü onun
            ürә yini açdı.
                Qorxu vә hәyәcandan titrәyәn gәnc jurnalist, Co Vellinqlә
            Kinqlәrin söhbәt etdiyi otağın qapısı yanında, dәhlizdә dayanıb
            onları sanki pusmağa başladı. İçәridәn qoca Edvard Kinqin
            söyüşü vә әsәbi gülüşü eşidildi. Sonra sakitlik oldu. Co Vellinq
            sәrt vә aydın sәslә danışmağa başladı. Corc  Villard dayana
            bilmәyib güldü. O, indidәn hәr şeyi başa düşmüşdü: bütün
            hәmsöhbәtlәri kimi, Co Vellinq bu iki adamı da bitib-tükәnmәyәn
            sözlәri ilә ovsunlayacaqdı. Heyrәtlәnmiş Corc bir-iki dәfә dәhlizdә
            o başa, bu başa gedib-gәldi.
                Otağın içindә isә Co  Vellinq rahat-rahat söhbәtinә davam
            edir,  Tom Kinqin dәhşәtli hәdәlәrini heç vecinә dә almırdı.
            Ağlına gәlәn tәzә ideyanın tәsiri altında qapını örtüb lampanı
            yandırdı vә bir çәngә otu döşәmәnin üstünә sәpәlәdi.
                – Görün ağlıma nә gәlib, – ciddi tәrzdә dedi. – İstәyirdim bu
            haqda Corc Villarda danışım. Bәlkә, qәzetdә xәbәrdәn-zaddan
            nәsә yazdı. Yaxşı ki, siz gәldiniz. Kaş Sarah da burda olardı.
            Fikrimdә var idi ki, özüm evinizә gәlib, bәzi ideyalarımı sizә
            deyim. Çox maraqlı ideyalarım var. Sarah mәni qoymayacaqdı
            gәlim. O, savaşacağımızdan qorxur. Amma savaşacağımız hardan
            ağlına gәlib, başa düşә bilmirәm. Bu nә axmaq fikirdir.
                Çaşıb qalmış bu iki adamın önündә Co Vellinq yuxarı-aşağı
            gedib-gәlir vә yeni ideyasını izah edirdi.
                – İndi fikriniz mәndә olsun, – qışqırtı ilә dedi. – Bu, çox
            önәmli mәsәlәdir. Sadәcә diqqәtlә mәnә qulaq asın. Sizә dә
            maraqlı gәlәcәk. Dәqiq bilirәm ki, sizә dә maraqlı gәlәcәk.
            Tәsәvvürünüzә gәtirin ki, hansısa möcüzә nәticәsindә bütün bu
            mәhsullar – buğda, qarğıdalı, yulaf, noxud, kartof – hamısı yoxa
            çıxıb, hamısı tükәnib. Bir dә tәsәvvürünüzә gәtirin ki, burda, bu
            qәsәbәdә tәk qalmışıq. Әtrafımıza yekә bir hasar çәkilib. Heç
            kim bu hasarı aşa bilmir. Bütün mәhsullar, әrzaqlar da mәhv
            olub, yoxa çıxıb.  Yalnız bu otlar, bu yabanı bitkilәr qalıb.
            Neylәyәcәyik, hamımız acından qırılacağıq? Sizdәn soruşuram.
            Acından ölәcәyik?
                Tom Kinq donquldanıb nәsә dedi vә sonra araya yenә sakitlik
            çökdü. Co Vellinq tәzәdәn ideyası haqqında danışmağa başladı.

          88
   83   84   85   86   87   88   89   90   91   92   93