Page 86 - anderson_Макет 1
P. 86

Şervud Anderson

            cәmlәşib! İndi mәnlә oyna! Bax belә! Mәnә baxın! Diqqәtlә
            mәnә baxın! Diqqәtlә mәnә baxın!
                Vaynzburq komandasının oyunçuları ilә birlikdә Co Vellinq
            dә oynaya-oynaya hәyәcanlanırdı. Oyunçular nә baş verdiyini
            anlamadan Conu izlәyir, hiss olunmadan beyzlәri keçir, sanki
            gözәgörünmәz kәndirlәrlә dartılırmışlar kimi gah irәli gedir, gah
            da geriyә çәkilirdilәr. Rәqib komandanın oyunçuları da Conu
            izlәyirdi. Onlar heyranlıqlarını gizlәdә bilmirdilәr. Bir müddәt
            Coya tamaşa edәndәn sonra sanki üstlәrindәki tilsimi qırmaq
            üçün topu vәhşi kimi әtrafa tullayırdılar vә bu arada Vaynzburq
            oyunçuları mәşqçilәrinin heyvan bağırtısına bәnzәyәn çığırtıları
            altında lazım olan xalı qazanırdılar.
                Co Vellinqin sevgi macәrası Vaynzburqu әmәlli-başlı heyrәtә
            gәtirmişdi. Bu macәranın ilk nişanәlәri görünәndә camaat başını
            yellәyә-yellәyә pıçıltı ilә ancaq bu haqda danışırdı.  Adamlar
            gülmәk istәsәlәr dә, bu gülüş sanki mәcburi olur vә tәbii görsәn -
            mirdi. Co cılız vә kәdәrli görkәmi olan Sarah Kinqә vurulmuşdu.
            Sarah Vaynzburq qәbiristanlığına açılan darvaza ilә üzbәüzdәki
            kәrpic evdә atası vә qardaşı ilә birlikdә yaşayırdı.
                Kinqlәr soyunun bu iki nümayәndәsi olan ata Edvard vә oğul
            Tom Vaynzburqda elә dә tanınmış adam deyildilәr. Hamı onların
            lovğa vә tәhlükәli adamlar olduğunu fikirlәşirdi. Onlar Vaynz -
            bur qa Cәnub әyalәtlәrinin birindәn gәlmişdilәr. Trunyon Paykda
            alma şәrabı hazırlayan zavod işlәdirdilәr. Deyilәnә görә, Tom
            Kinq  Vaynzburqa gәlmәzdәn öncә adam öldürmüşdü. Onun
            iyirmi yeddi yaşı var idi vә qәsәbәdә hәmişә öz boz atı ilә
            gәzirdi. Az qala, alt dodağına çatan sarı bığı var idi vә әlindә
            hәmişә ağır bir çәliyi olurdu. Bir dәfә bu çәliklә bir it öldürmüşdü.
            Vin Poseyә mәxsus olan bu it küçәnin kәnarında dayanıb
            quyruğunu bulayırdı.  Tom Kinq bircә zәrbә ilә onu öldürә
            bilmişdi. Sonra polislәr  Tomu tutmuş vә on dollar cәrimә
            ödәdikdәn sonra buraxmışdılar.
                Qoca Edvard Kinq cansız-cüssәsiz adam idi vә hәr dәfә
            küçәdә adamların yanından keçәndә nәsә qәribә vә quru bir
            tәbәssümlә gülәrdi. Gülәndә sağ әli ilә sol bilәyini qaşıyardı.
            Pencәyinin qolu bu vәrdişdәn, az qala, köhnәlib cırılmışdı. O,
            üzündә tәbәssüm ifadәsi ilә әtrafına әsәb içindә baxa-baxa

          86
   81   82   83   84   85   86   87   88   89   90   91