Page 87 - anderson_Макет 1
P. 87

Xәyalpәrәst

          küçәdәn keçәrkәn sakit vә qәddar görkәmli oğlundan daha
          tәhlükәli görünürdü.
             Sarah Kinqlә Co Vellinq axşamlar gәzintiyә çıxdıqları vaxt
          camaat tәlaş içindә başlarını yellәyirdi. Sarah hündürboy, solğun
          üzlü bir qız idi vә gözlәrinin altında qara lәkәlәr var idi. Bu
          cütlük kәnardan gülmәli görsәnirdi. Onlar ağacların altı ilә
          gәzirdilәr. Co dayanmadan danışırdı. Onun ehtiraslı vә coşqun
          sevgi etirafları qәbiristanlıq hasarının qaranlıqlarından, ya da
          Votervörks Ponddan  Yarmarka Meydanına enәn yamacdakı
          ağacların kölgәsindәn eşidilir vә mağazalarda başqaları tәrәfindәn
          tәkrar edilirdi. Adamlar “Nyu Villard Hauz” mehmanxanasında
          piştaxtanın yanında dayanır, Conun sevgisindәn danışaraq
          gülürdülәr. Gülüşlәrdәn sonra araya bir sükut çökürdü. Conun
          mәşqçiliyi altında  Vaynzburq beysbol komandası bir-birinin
          ardınca qәlәbәlәr sәrgilәyir vә qәsәbә әhli Co Vellinqә hörmәt
          etmәyә başlayırdı.  Amma onlar bir gün hansısa faciәnin baş
          verәcәyini hiss edir, hәyәcanlı tәbәssümlә o günü gözlәyirdilәr.
             Şәnbә günü axşamüstü qәsәbәnin çoxdan bәri hәyәcanla
          gözlәdiyi o görüş – Co Vellinqlә Kinqlәrin görüşü “Nyu Villard
          Hauz” mehmanxanasında baş tutdu. Corc Villard da bu görüşә
          şahid oldu. Hadisәlәr bu cür cәrәyan etdi:
             Corc axşam yemәyindәn sonra öz otağına qayıdanda Tom vә
          Edvard Kinqin Conun yarıqaranlıq otağında oturduğunu gördü.
          Ağır çәliyi  Tomun әlindә idi. O, qapının yanında әylәşmişdi.
          Qoca Edvard Kinq isә sağ әli ilә sol bilәyini qaşıya-qaşıya,
          hәyәcanla otaqda gәzinirdi. Dәhliz bomboş vә sakit idi.
             Corc Villard öz otağına gedib masasının arxasında әylәşdi.
          Nәsә yazmaq istәdi, amma әllәri әsdiyindәn qәlәmi tuta bilmәdi.
          Ayağa qalxıb, otaqda hәyәcanla var-gәl etmәyә başladı. Bütün
          Vaynzburq camaatı kimi Corc da çaşbaş qalmışdı, bilmirdi ki,
          neylәsin.
             Co Vellinq stansiyadan keçib, “Nyu Villard Hauz” tәrәfә yol
          alanda saat sәkkizin yarısı idi. Hava getdikcә qaralırdı. Co qolları
          üstündә ot-alaf tutmuşdu. Corc Villard qorxudan әsirdi, amma
          yığdığı otları qucaqlayıb, stansiyadan, az qala, qaça-qaça meh -

                                                                  87
   82   83   84   85   86   87   88   89   90   91   92