Page 90 - anderson_Макет 1
P. 90

Şervud Anderson



                                  MACӘRA

                O vaxt Corc  Villard hәlә yeniyetmә bir oğlan idi. Elis
            Hindmanın isә iyirmi yeddi yaşı vardı. Vә bu iyirmi yeddi yaşlı
            qadın bütün ömrünü Vaynzburqda yaşamışdı. O, Vinneyin parça
            mağazasında işlәyir vә ikinci dәfә әrә getmiş anası ilә birgә
            ömür sürürdü.
                Elisin ögey atası içki düşkünü olan fayton rәngsazı idi. Onun
            da nә zamansa qәlәmә alınacaq maraqlı bir hәyat hekayәsi var.
                İyirmi yeddi yaşlı Elis hündürboylu, incә bir qız idi. Onun
            başı bir qәdәr böyük görünürdü vә bu, bәdәninin gözәlliyinә
            azca kölgә salırdı. Çiyinlәri bir az qabağa çıxmışdı. Saçları kimi
            gözlәri dә qәhvәyi rәngә çalırdı.  Tәbiәtәn çox sakit qız idi,
            amma onun bu sakit görkәminin arxasında qәribә bir çılğınlıq
            gizlәnirdi.
                Elis işlәmәyә başlamazdan әvvәl, hәlә on altı yaşı olanda
            cavan bir oğlanla görüşürdü. Ned Kari adlı bu oğlan yaşca
            Elisdәn böyük idi. Corc  Villard kimi o da “Vaynzburq İql”
            qәzetindә işlәyirdi vә artıq neçә vaxt idi ki, hәr axşam Elislә
            görüşә gedirdi. Onlar şәhәr küçәlәri boyunca ağaclar altında
            gәzişәr vә gәlәcәk hәyatlarından, qurduqları xәyallardan danışardılar.
            Elis o vaxtlar çox gözәl idi vә bir dәfә Ned onu qolları arasına
            alaraq öpmüşdü. Ned hәyәcanlanmış, düşünmәdәn nәsә qarma-
            qarışıq bir-iki kәlmә söz dә demişdi. Cansıxıcı hәyatına xoş bir
            yenilik gәldiyini hiss edәn Elis dә hәyәcanını Ned kimi öz sözlәri
            ilә büruzә vermişdi. O, hәmin an bütün utancaqlığını, bütün
            çәkingәnliyini özündәn uzaqlaşdırıb hisslәrinә tәslim olmuşdu.
                Elisin ömrünün on altıncı payızında, o payızın axırlarında
            Ned Kari şәhәr qәzetlәrinin birindә özünә iş tapmaq, mәnsәb
            qazanmaq üçün Klivlendә getmәyi qәrara aldı. O vaxt Elis dә
            onunla getmәk istәdi. Elis sәsi titrәyә-titrәyә fikrindәn keçәni
            ona da dedi:
                – Mәn dә özümә bir iş taparam. Sәn dә, mәn dә – ikimiz dә
            işlәyәrik. Sәni artıq әziyyәtә salmaq, sәnә yük olmaq istәmirәm.
            Biz indi evlәnmәsәk dә olar. Bunsuz da biz bir yerdә yaşaya, bir
            yerdә ola bilәrik. Eyni evdә qalsaq da, heç kim bizә heç nә
            demәyәcәk. Şәhәrdә, onsuz da, bizi tanıyan olmayacaq.

          90
   85   86   87   88   89   90   91   92   93   94   95