Page 83 - anderson_Макет 1
P. 83

Xәyalpәrәst

          zәrәrsiz olsa da, adamlar onu gülüşlә yola vermәyi bacarmırdılar.
          Amma orası da var idi ki, bu vaxtlarda Co beynindәki ideyaların
          tәsiri ilә sanki qarşısıalınmaz olur, başqalarının gözündә
          nәhәnglәşirdi. Danışdığı adamlar onun söhbәtlәrindәn, az qala,
          tilsimlәnirdilәr. Tәkcә onlar yox, sәsinin çatdığı adamların hamısı
          bu söhbәtlәrin ovsunundan xilas ola bilmirdilәr.
             Silvester Vestin aptekindә dörd nәfәr at yarışları haqqında
          söhbәt edirdi. Vesley Moyerin kәhәr atı Toni Tip iyunda Ohayo -
          nun  Tiffin әyalәtindәki yarışlara qatılacaqdı vә yayılan söz-
          söhbәtә görә, bu, onun karyerası әrzindәki әn çәtin yarış olacaqdı.
          Deyilәnә görә, at yarışlarının mәşhur siması olan Pop Ciәrzin
          özü dә orda olacaqdı. Toni Tipin bu dәfә uğur qazanacağı bir
          şübhә kimi sanki Vaynzburqun sәmasından asılıb qalmışdı.
             Co Vellinq pәrdә qapıdan sıyrılaraq aptekә daxil oldu. Solğun
          işıqlı gözlәrini Pop Ciәrzi tanıyan vә Toni Tipin şanslarını yüksәk
          dәyәrlәndirәn Ed Tomasa zillәyib, birbaş onun üstünә getdi.
             –  Vayn çayının sәviyyәsi artıb, – Co  Vellinq Marafon
          döyüşündәn yunanların qәlәbә xәbәrini gәtirәn Faydipidiz әdası
          ilә çığırdı. Tәbil çalırmış kimi barmaqları ilә Ed Tomasın sinәsini
          döyәclәyib davam etdi:
             – Trunyon körpüsü çaydan cәmi otuz santimetr yuxarıdadır, –
          tәlәsik dediyi sözlәr onun dişlәri arasından çıxarkәn fit sәsi
          verirdi. Conun söhbәtini dinlәyәn dörd nәfәrin üzündә isә artıq
          әlacsız bir bezginlik ifadәsi yaranmışdı.
             – Bütün faktları dәqiqlәşdirmişәm. Dediklәrimә inana bilәrsiniz.
          Sinninqlәrin xırdavat dükanına gedib ordan xәtkeş aldım, sonra
          tәzәdәn çaya qayıdıb hәr şeyi ölçdüm. Gözlәrimә inana bilmirdim.
          Bilirsiniz ki, on gündür yağış-zad da yağmır. Әvvәl heç bilmәdim
          nәdәn olar. Beynimdәn min cür fikirlәr keçdi. Dedim, yәqin,
          yeraltı suların, bulaqların tәsirindәndir. Fikrim yerin altına getdi.
          Körpüdә oturub başımı bir xeyli hövkәlәdim. Göydә bircә dәnә
          dә bulud yox idi. Gәlin çıxaq küçәyә, bir özünüz dә baxın. Bircә
          dәnә dә bulud yox idi. İndi dә yoxdur. Әslindә, var idi. Heç nәyi
          gizlәtmәk istәmirәm. Qәrb tәrәfdә, üfüqün yanında çox balaca,
          әl boyda bir bulud var idi. Amma onun tәsirindәn heç nә ola
          bilmәzdi. Başa düşürsünüz mәni? Başa düşürsünüz, necә mәәttәl
          qalmışdım? Sonra ağlıma bir fikir gәldi. Öz-özümә güldüm. Siz

                                                                  83
   78   79   80   81   82   83   84   85   86   87   88