Page 84 - anderson_Макет 1
P. 84

Şervud Anderson

            dә gülәcәksiniz. Başa düşdüm ki, Medina әyalәtinә yağış yağıb.
            Görürsünüz, nә maraqlıdır? Qatarlar, poçt, teleqraf belә olmadan,
            biz xәbәr tuta bilәrik ki, Medinada yağış yağıb. Çünki Vayn çayı
            ordan gәlir. Bunu hamı bilir. Gör e, deyirәm necә dә maraqlıdır.
            Orda yağış yağır, bizә dә xәbәri Vayn çayı gәtirir. Öz-özümә bir
            xeyli güldüm. Dedim sizә dә bir xәbәr verim, bilәsiniz. Gördünüz,
            nә maraqlıdır?
                Co  Vellinq üzünü çevirib qapıya sarı getdi. Cibindәn bir
            kitabça çıxarıb dayandı. Barmağını sәhifәlәrdә gәzdirdi. Tәzәdәn
            bütün fikrini “Standard Oil” şirkәtindәki işinә yönәltdi.
                – Hernin mağazasında kerosin azalıb. Gәrәk gedib bir dәyim,
            – mızıldana-mızıldana iti addımlarla küçәyә çıxdı, sağından, solun -
            dan ötüb-keçәn adamlara baş әyә-әyә mağazaya tәlәsdi.
                Corc Villard “Vaynzburq İql” qәzetindәki işinә gedәrkәn Co
            Vellinqlә rastlaşdı. Co Vellinq ona hәsәd aparırdı. Ona elә gәlirdi
            ki, jurnalistlik işi sırf onun öz tәbiәtinә xas işdir.
                – Bu, әsl mәnlik işdi, buna zәrrә qәdәr dә şübhәm yoxdur, –
            Corcu Doertinin yem mağazasının qarşısındakı sәkidә saxlayar -
            kәn dedi. Onun gözlәri parıldamağa, şәhadәt barmağı isә әsmәyә
            baş ladı.
                – Әlbәttә, mәn öz çörәyimi “Standard Oil” şirkәtindәn
            qazanıram. Bunu ancaq sәnә deyirәm. Sәnә qarşı mәnim heç bir
            pis niyyәtim yoxdu. Amma hәrdәn fikirlәşirәm ki, sәnin yerindә
            gәrәk mәn olardım. Әlavә vaxtlarımda da bu işlә mәşğul ola
            bilәrdim. Sәnin heç vaxt tapa bilmәyәcәyin xәbәrlәri dә axtarıb
            künc-bucaqdan tapardım.
                Hәyәcanlanmış Co Vellinq gәnc jurnalisti yavaş-yavaş yem
            dükanına tәrәf sıxışdırırdı. Co yenә fikirlәr içindә özünü itirmişdi.
            O, gözlәrini әtrafında dolandırır, arıq vә ürkәk әlini saçlarına
            çәkirdi. Üzünә bir gülüş yayılır, qızıl dişlәri par-par parıldayırdı.
                – Qeyd dәftәrçәni bir çıxar görüm, – Co bu dәfә oğlana әmr
            elәdi. – Bilirәm, cibindә hәmişә kağızdan-kuğuzdan nәsә olur.
            Yoxsa düz demirәm? Yaxşı, nә isә, yaz görüm. Әslindә, bu, o
            gün ağlıma gәlmişdi. Hә, gәl çürümә haqqında yazaq. Çürümә
            nә demәkdir? Çürümә od demәkdir, yanmaq demәkdir. Taxtalar
            vә başqa şeylәr hamısı yanır. Heç ağlına gәlmәmişdi, hә? Әlbәttә,


          84
   79   80   81   82   83   84   85   86   87   88   89