Page 96 - anderson_Макет 1
P. 96

Şervud Anderson

                Ömrünün iyirmi yeddinci payızının әvvәllәrindә Elisi sakitlik
            tapmayan, narahat, iztirablı duyğular, sönmәz ehtiraslar haqladı.
            O, әvvәllәr arabir görüşdüyü hәmin aptek işçisi ilә müna sibәt lә -
            ri ni dayandırdı. Elisin beynindә min cür fikir fırlanırdı vә bu
            fikirlәr onu rahat qoymurdu. Mağazada piştaxtanın arxasında
            keçirdiyi uzun, ağır saatlardan sonra yorğun halda evlәrinә gedәr,
            az qala, sürünә-sürünә çarpayısına qalxar vә nә qәdәr çalışsa da,
            yata bilmәzdi. Baxışlarını qaranlıq bir nöqtәyә zillәyib saxlayardı.
            Sonra baxışları uzun yuxudan tәzәcә ayılmış uşaqların üzündәkinә
            bәnzәr qәribә bir ifadә ilә bütün otağı dolaşardı. Bu baxışlarda
            daha heç bir yalana, heç bir boş xәyala aldanmayacaq qәtiyyәt
            var idi vә bu tәlaşlı baxışları ilә sanki neçә vaxtdır amanını kәsәn
            suallara cavab axtarardı.
                Belә vaxtlarda yastığını qolları arasına alar vә möhkәmcә
            sinәsinә sıxardı. Sonra çarpayıdan düşәr vә qaranlıq otaqda
            döşәyin üstündәki yorğanı elә qatlayar, elә bürmәlәyәrdi ki,
            kәnardan baxanda hәmin yorğan çarpayının üstündә sakit-sәssiz
            uzanıb yatan adama bәnzәyәrdi. Elis çarpayının kәnarında,
            döşәmәnin üstündә diz çökәr vә hәmin yorğanı sığallaya-sığallaya
            mahnı nәqәratına bәnzәr şәkildә tәkrar-tәkrar eyni sözlәri
            pıçıldayardı: “Axı niyә heç nә olmur? Niyә mәn belә tәk-tәnha
            qalmışam?” Arabir xatırlasa da, daha Nedi dә istәmirdi. Onun
            arzuları indi özünә dә çox dumanlı, tutqun görünürdü. O nә Ned
            Karini, nә dә başqa birini arzulayırdı. O, sadәcә sevilmәk istәyir,
            get-gedә böyüyәn arzu-istәklәrinә cavab verәcәk nәsә axtarırdı.
                 Vә elә haradasa o vaxtlar, yağışlı gecәlәrin birindә Elisin
            başına macәraya bәnzәr qәribә bir hadisә gәldi. Bu hadisә onu
            qorxutdu vә әmәlli-başlı çaşdırdı. Hәmin gün o, saat doqquzda
            işdәn evә gәldi. Evdә heç kәs yox idi. Ögey atası Buş Milton
            qәsәbәdә idi, anası isә qonşuya getmişdi. Elis yuxarı qalxdı, öz
            otağına getdi vә qaranlıqda soyunmağa başladı. O, bir anlıq
            pәncәrәnin qarşısına keçdi vә pәncәrә şüşәsini döyәclәyәn yağış
            damcılarının sәsini dinlәmәyә başladı. Bu sәsi dinlәyә-dinlәyә
            ürәyinә qәribә bir istәk doldu. Nә edәcәyini düşünmәdәn qaranlıq
            otağından çıxıb, qaça-qaça aşağı endi, dayanmadan, duruxmadan
            qapını açıb çölә çıxdı. Evin qabağında yağışın altında
            dayandı.Yağışın soyuq damcılarını bәdәnindә hiss elәdi vә sonra

          96
   91   92   93   94   95   96   97   98   99   100   101