Page 77 - anderson_Макет 1
P. 77

Möminlik

          yenә dә bilmirdi ki, oğlunu istәyir, ya yox. Bәzәn o, bütün günü
          oğlunun yanında olurdu. Bu vaxtlar otaqda gәzişir, arabir dә
          uşağa yaxınlaşıb zәrif toxunuşla onu oxşayırdı. Bәzәnsә o heç
          oğlunu görmәk belә istәmirdi. Әri Con Hardi soyuqluğuna vә
          qәddarlığına görә onu qınayanda Luiz sadәcә gülürdü.
             – O, oğlan uşağıdı. Onsuz da, nә istәyirsә, әldә elәyәcәk, –
          sәsindәki sәrtliyi gizlәtmirdi. – Qız uşağı olsaydı, onda görәrdin.
          Görәrdin ki, dünyada ondan ötrü etmәyәcәyim nәsә yoxdur.



                               IV – Dәhşәt

             Deyvid Hardi on beş yaşlı, hündürboy bir oğlan olanda anası
          kimi onun da başına bir macәra gәldi vә hәyatını büsbütün
          dәyişәrәk onu öz sakit yuvasından ayırıb, keşmәkeşli dünyanın
          qucağına atdı. Bu hadisә ilә indiyәcәn arxasında gizlәndiyi
          pәrdәlәr sanki yoxa çıxdı. Buna görә dә Deyvid artıq irәli getmәk
          mәcburiyyәtindә qaldı. O, Vaynzburqu tәrk etdi vә bir dә heç kәs
          onu bu qәsәbәdә görmәdi. Deyvid gedәndәn sonra anası vә
          babası öldü, atası isә var-dövlәt әldә edib zәnginlәşdi. Oğlunu iş-
          güc sahibi etmәk üçün Con Hardi çox pul xәrclәdi, amma bu
          mәsәlәlәrin hekayәtimizin әsl mövzusu ilә әlaqәsi yoxdur.
             Bentli ferması üçün qeyri-adi sayılan illәrdәn biri idi. Payız
          öz sonuna yaxınlaşırdı. O il mәhsuldarlıq çox yüksәk olmuşdu.
          Cessi yazda Vayn çayı vadisindә uzun zolağı xatırladan bataqlıqdan
          ibarәt böyük bir әrazi almışdı. Әraziyә az pul ödәmişdi, amma
          torpağı yararlı vәziyyәtә gәtirmәk üçün kalan pul xәrclәmişdi.
          İri arxlar, xәndәklәr qazılmalı vә әksәr yerlәrә borular qoyulmalı
          idi. Qonşu fermerlәr çәkilәn xәrclәrә tәәssüflә başlarını yellәyirdilәr.
          Bәzilәri hәtta gülür vә sevinirdi ki, bu sәhvinә görә Cessi müflis
          olacaq. Amma qoca Cessi sakit-sakit işinә davam edir vә heç nә
          demirdi.
             Әrazinin qurudulması işini bitirdikdәn sonra Cessi hәmin
          yerlәrdә kәlәm vә soğan әkdi. Qonşular yenә dә ona güldülәr.
          Amma mәhsul bol oldu vә xeyli pul gәtirdi. Bir il әrzindә Cessi
          hәmin torpaqlardan әldә etdiyi gәlirlә hәm bataqlığın qurudul -
          ma sı na sәrf etdiyi pulu çıxardı, hәm dә iki әlavә ferma aldı.
          Cessi bәrk sevinirdi vә sevincini gizlәdә bilmirdi. Fermerliyi

                                                                  77
   72   73   74   75   76   77   78   79   80   81   82