Page 74 - anderson_Макет 1
P. 74

Şervud Anderson

            onun pәncәrәsinin altında gizlәnib. Luiz qәrara almışdı ki, Conu
            tapsın vә hәr şeyi desin. Desin ki, Condan hәmişә ona
            yaxınlaşmağını, qucaqlayıb ağuşuna almağını gözlәyib, ürәyindә
            olan hisslәri vә arzuları ona deyәcәyinә vә onun hiss-duyğularını
            da sәbirlә dinlәyәcәyinә ümid edib.
                – Bunları qaranlıqda demәk daha asan olar, – balaca otaqda
            әli ilә dәstәkdәn tutarkәn o, öz-özünә pıçıldadı.
                Vә Luiz qәfildәn hiss etdi ki, evdә tәk deyil. Qapının o
            üzündәn, qonaq otağından asta-asta danışan kişi sәsi eşidildi.
            Sonra qapı açıldı. Meri Hardi ilә cavan bir oğlan qaranlıq otağa
            girәndә Luiz ancaq pillәkәnin altındakı boşluqda gizlәnә bildi.
                O, bir saat döşәmәnin üstündә, qaranlıqda oturub Meri ilә
            hәmin oğlana qulaq asdı. Onlar heç bir söz demәdәn kәndli qıza
            qadın vә kişi münasibәtlәri ilә bağlı çox şey öyrәtdilәr. Luiz
            başını aşağı salıb yumaq kimi bükülәrәk, sakitcә dayanmışdı.
            Ona elә gәlirdi ki,  Tanrılar Meri Hardiyә böyük bir hәdiyyә
            göndәriblәr vә heç cür anlaya bilmirdi ki, Meri nәyә görә oğlana
            inadla müqavimәt göstәrir.
                Oğlan Meri Hardini qucaqlayıb öpürdü. Meri gülә-gülә ondan
            yaxa qurtarmağa çalışdıqca oğlan onu daha möhkәm qucaqlayırdı.
            Onların arasındakı bu öpüş mübarizәsi bir saat davam etdikdәn
            sonra ikisi dә qonaq otağına qayıtdı. Luiz gizlәndiyi yerdәn çıxıb
            pillәkәnlә tez yuxarı qalxdı.
                – Yәqin, orda çox sәs-küy salmazsınız. Balaca siçan dәrslәrini
            oxuyur axı, onu narahat elәmәk olmaz. – Luiz yuxarıda, otağın
            qapısı ağzında dayanarkәn Hәrietin öz bacısına dediyi sözlәri
            eşidirdi.
                O, hәmin gecә Con Hardiyә mәktub yazdı vә hәr kәs yatdıqdan
            sonra pillәkәnlә aşağı düşüb, kağızı Conun qapısı altından içәri
            saldı. Luiz qorxurdu ki, bu gecә dә bunu etmәsә, sonra bir dә
            cәsarәtini toplaya bilmәyәcәk. Yazdığı mәktubda öz istәyini çox
            aydın ifadә etmişdi:
                “İstәyirәm ki, kimsә mәni sevsin, mәn dә kimisә sevim.
            Әgәr sәn mәnim qismәtimsәnsә, gecә bağçaya gәl, pәncәrәmin
            aşağısından mәni çağır.  Talvarın altından keçib, sәnin yanına
            gәlәcәm. Mәn hәmişә bu haqda fikirlәşirәm. Әgәr gәlәcәksәnsә,
            onda tez gәl, gecikmә!”

          74
   69   70   71   72   73   74   75   76   77   78   79