Page 69 - anderson_Макет 1
P. 69

Möminlik

          qәbul elәmirsәn, – deyә pıçıldadı vә faytonu hәrәkәtә gәtirib,
          sürәtlә evә tәrәf sürmәyә başladı. O, dәrdli baxışlarını geniş
          çöllәrdә, sıx meşәlәrdә gәzdirә-gәzdirә bütün yolboyu, evә çatana
          qәdәr bu sözlәri tәkrar elәdi.





                            III – Mәğlubiyyәt

             Әri ilә birgә Vaynzburqda Elm küçәsindәki kәrpic evdә yaşa -
          yan vә evlәndikdәn sonra hamının “Xanım Hardi” kimi çağırdığı
          Luiz Bentlinin әhvalatı bir qәdәr anlaşılmaz vә dolaşıqdır.
             Luiz kimi qadınların başa düşülmәsi vә onların xoşbәxt
          olması üçün mәnalı kitablar yazılmalı vә mәnalı ömür yaşayan
          insanlardan nümunә götürülmәlidir.
             Zәrif vә işgüzar qadınla çılğın, xәyalpәrvәr vә sәrt xasiyyәtli
          kişinin nikahından dünyaya gәlәn vә qız doğulduğu üçün atasını
          qәm dәryasına qәrq edәn Luiz uşaqlıqdan әsәbi idi. Ona gәlәcәkdә
          sәnayeçiliyin gәtirәcәyi saysız-hesabsız qadın tiplәrindәn biri
          demәk olardı.
             Luiz uşaqlıq illәrini Bentli fermasında yaşamışdı. O, sakit vә
          hәrdәmxәyal uşaq idi. Hәmişә sevgi vә şәfqәt istәsә dә, arzusuna
          çata bilmirdi. On beş yaşı olanda Vaynzburqda Albert Hardinin
          ailәsi ilә yaşamağa başladı. Albert Hardi fayton vә araba dükanının
          sahibi, eyni zamanda tәhsil şurasının üzvü idi.
             Luiz Vaynzburq Ali Mәktәbinә daxil olmuşdu vә Albert Har-
          dinin evinә atasının köhnә dostu olduğu üçün yerlәşmişdi.
             Vaynzburqda nәqliyyat vasitәlәrinin ticarәti ilә mәşğul olan
          Albert Hardi dövrünün bir çox adamları kimi tәhsilә hәddәn
          artıq maraq göstәrirdi. Düzdür, o, hәyatdakı uğurlarını kitablar
          vasitәsilә qazanmamışdı, amma әmin idi ki, әgәr kitabın nә
          olduğunu vaxtında bilsәydi, indi daha böyük uğurlara nail olardı.
          Mağazaya gәlәn hәr adamla ancaq tәhsilin önәmi haqqında
          danışır vә evdәkilәri dә bu söhbәtlәrlә bezdirirdi.
             Onun iki qızı vә Con adlı bir oğlu var idi. Dәrsә marağı
          olmayan qızları bir neçә dәfә mәktәbdәn çıxmaq istәdiklәrini

                                                                  69
   64   65   66   67   68   69   70   71   72   73   74