Page 73 - anderson_Макет 1
P. 73
Möminlik
yanında daha da balaca idi. Onlar Mәrkәzi Amerikanın әksәr
gәnc qızları kimi yaşayırdılar. Hәmin vaxtlarda gәnc qızlar
Şәrqdәki kolleclәrdә oxumaq üçün şәhәri tәrk edib başqa yerlәrә
getmirdilәr. İctimai siniflәrlә bağlı tәsәvvürlәr onda hәlә tәzә-
tәzә meydana çıxırdı. Fәhlә qızı ilә tacir, yaxud fermer qızı
ictimai mövqe cәhәtdәn eyni yeri tuturdular. İşә ehtiyacı olmayacaq
dәrәcәdә varlı tәbәqә yox idi. “Gözәl” vә “gözәl olmayan” qız
anlayışı yenә dә mövcud idi. Әgәr qız gözәl idisә, onun bazar
günlәri, yaxud da çәrşәnbә günü axşamlar öz evindә görüşdüyü
adaxlısı olurdu. Bәzәn adaxlısı onu rәqsә, yaxud da kilsә
mәrasiminә aparırdı. Digәr vaxtlarda isә evdә, qonaq otağında
görüşürdülәr. Heç kәs sevgililәrin işinә müdaxilә etmirdi. Onlar
bağlı qapılar arxasında söhbәt edir, uzun saatları birgә keçirirdilәr.
Bәzәn fәnәrin işığı azaldılardı vә gәnc qızla oğlan qucaqlaşardılar.
Onların yanaqları od tutub yanardı, saçları dağılardı. Әgәr bu
hisslәr bir-iki il әrzindә ölmәzdisә, onda evlәnәrdilәr.
Vaynzburqda keçirdiyi ilk qış axşamlarının birindә Luizin
yeknәsәq hәyatında kiçik bir hadisә oldu vә bu hadisә Con Hardi
ilә onun arasındakı divarı yıxmaq üçün Luizә güc verdi.
Çәrşәnbә günü idi. Albert Hardi axşam yemәyindәn dәrhal
sonra papağını götürüb hәmişәki kimi evdәn çıxdı. Luizin
otağındakı sobanı qalayarkәn Con yöndәmsiz şәkildә:
– Sәn hәr gün belә çox dәrs oxuyursan, hә? – deyә qızı
tәәccüblәndirdi vә Luiz cavab verәnә qәdәr otağı tәrk etdi.
Luiz onun evdәn çıxdığını eşidirdi vә dәli bir istәk onu
Conun ardınca qaçmağa vadar edirdi. O, pәncәrәni açıb asta
sәslә Conu çağırdı:
– Con, әzizim, getmә, qayıt gәl.
Gecә ulduzlu idi. Qız qaranlıqda nәsә görә bilmirdi. Amma
pәncәrәyә söykәnib gözlәyәrkәn ona elә gәldi ki, kimsә oğrun-
oğrun ağacların arasından keçir. Luiz qorxdu vә tez pәncәrәni
bağladı. O, düz bir saat hәyәcandan titrәyә-titrәyә otağında var-
gәl elәdi. Amma daha dözә bilmәdiyini hiss edib, dәhlizә çıxdı,
pillәkәnlә aşağı düşdü vә qonaq otağına açılan hücrәyә bәnzәr
kiçik otağa gәldi.
Luiz düşünürdü ki, neçә hәftәdәn bәri fikrindә olan o cәsarәtli
addımı atmağın әsl vaxtıdır. Ona elә gәlirdi ki, Con bağçada,
73