Page 72 - anderson_Макет 1
P. 72
Şervud Anderson
– Neylәyim, qız uşağından nә umasan ki, – deyә mütәfәk ki -
ranә әda ilә düşünәrdi.
Luiz qızların olduğu otağa girәndә onlar onunla ünsiyyәt
qurmazdılar. Bir dәfә – bu evә gәlişindәn tәxminәn bir ay sonra
neçә vaxtdır qarşılaşdığı bu soyuq rәftar Luizin ürәyini necә
qırdısa, qәfildәn hönkürtü ilә ağlamağa başladı.
– Kәs görәk bu ağlamağı. Yaxşısı budur, öz otağına qalxasan,
dәrslәrini oxuyasan, – hәmin vaxt Meri Hardi qәzәblә belә
demişdi.
Luizin qaldığı otaq evin ikinci mәrtәbәsindә idi vә pәncәrәsi
bağçaya baxırdı. Hәr axşam Con Hardi odun yığıb gәtirir vә
divarın dibindәki sobanı qalayırdı. Gәlişinin ikinci ayında Luiz
qızlarla dost olmaq ümidini tamam itirdi. O hәr axşam yemәk
süfrәsi yığılan kimi masadan qalxıb öz otağına gedirdi.
İndi Luiz ümid edirdi ki, bәlkә, Con ilә dost ola bilәr. Con
sobanı qalamaq üçün odun gәtirәndә qız özünü dәrslәrlә mәşğul
olurmuş kimi aparsa da, diqqәtlә oğlanı izlәyirdi. Odunları sobaya
qoyduqdan sonra Con üzünü çevirib otaqdan çıxanda qız başını
aşağı salır vә utandığından qızarırdı. O, nәsә demәk, söhbәtә
başlamaq istәsә dә, heç nә deyә bilmirdi vә Con gedәndәn sonra
axmaqlığına görә özünü danlayırdı.
Kәndli qız gәnc Conla dostluq әlaqәlәri qurmağı çox istәyirdi.
O düşünürdü ki, bütün ömrü boyu insanlarda axtardığı daxili
keyfiyyәtlәr Conda var. Luizә elә gәlirdi ki, onunla digәr insanlar
arasında bir divar dayanıb vә o, divarın bir üzündә öz isti vә
xudmani dünyasında yaşayır. Bu dünya başqalarının gәlә bilәcәyi
bir yer idi. Son vaxtlar Luiz inanmağa başlamışdı ki, o, insanlarla
ünsiyyәti düzәltmәk üçün nәsә cәsarәtli bir addım atmalıdır. Elә
bir addım ki, yeni hәyatın qapılarını ancaq bu addımla açmaq
mümkün idi. Luiz gecә-gündüz bu haqda düşünürdü vә nә qәdәr
ehtiraslı, çılğın olsa da, onun duyğularının şәhvәt hisslәri ilә heç
bir әlaqәsi yox idi. Bu duyğular onun özünә dә tam aydın deyildi.
O, sadәcә yaxınında olduğu üçün vә bacıları kimi onunla kobud
rәftar etmәdiyinә görә fikrini Cona yönәltmişdi.
Hardi bacıları – Meri vә Hәriet yaşca Luizdәn böyük idilәr.
Hәyatla bağlı bәzi şeylәri anlamaq baxımından isә Luiz onların
72