Page 75 - anderson_Макет 1
P. 75
Möminlik
Luiz sevgisini tapmaq ümidi ilә atdığı bu cәsur addımın nә
ilә nәticәlәnәcәyini uzun müddәt özü dә kәsdirә bilmәdi. Oğlanın
gәlmәyini doğrudan istәyib-istәmәdiyinә әmin deyildi. Bәzәn
düşünürdü ki, hәyatın bütün sirri öpülmәkdәn, kişi qolları ilә qu-
caqlanmaqdan ibarәtdir. Sonra onu çılğınlıq vә qorxu hissi
bürüyürdü. Bәzәn dә, o, yetkin bir qadın arzusu ilә özünü Cona
tәslim etmәk istәyinә qapılırdı. Amma hәyat haqqındakı tәsәvvürlәri
o qәdәr dumanlı idi ki, Luiz Conun sadәcә onun әllәrinә
toxunmağının kifayәt edәcәyini düşünürdü. O bilmәk istәyirdi
ki, Con onun düşüncәlәrini nә dәrәcәdә anlayacaq. Növbәti gün
yemәk süfrәsindә Albert Hardinin söhbәtlәri, bacıların pıçıltısı
vә gülüşlәri әsnasında Luiz bir dәfә dә Cona baxmadı, baxışlarını
masadan qaldırmadı vә yemәk yeyilib qurtaran kimi dәrhal
otağına qalxdı. Axşam isә evdәn çıxdı vә ancaq Conun odunları
sobaya qoyub getdiyinә әmin olandan sonra otağına qayıtdı.
Gecәlәr pәncәrәnin yanında dayanıb bağçadakı qaranlığı aramsız
dinlәmәsi vә heç bir sәs eşitmәmәsi onun ümidlәrini qırdı vә
Luiz qәrara gәldi ki, onu hәyatın gözәlliyindәn ayıran hәmin
divarı heç cür yıxmaq mümkün deyil.
Amma o mәktub hadisәsindәn iki-üç hәftә sonra bir bazar
ertәsi axşamı Con Hardi, nәhayәt ki, Luizin gözlәntilәrini
doğrultdu. Luiz Conun gәlәcәyindәn artıq ümidini üzmüşdü, ona
görә dә daha bağçadakı sәslәri dinlәmirdi. Ötәn hәftәnin cümә
günü hәftәsonunu keçirmәk üçün fәhlәlәrin biri ilә fermaya
gedәrkәn qәfil çılğınlıq nәticәsindә etdiyi bir hәrәkәt onun özünü
dә qorxutmuşdu. Con Hardi pәncәrәnin altında asta sәslә vә
dayanmadan çağırarkәn Luiz otağında gәzişәrәk etdiyi hәmin
hәrәkәt haqqında düşünür vә niyә belә bir addım atdığını
aydınlaşdırmağa çalışırdı.
Fermadan göndәrilәn qara, qıvrım saçlı o cavan oğlan hәmin
gün bir az gec gәlmişdi deyә onlar yolda ikәn artıq qaranlıq
düşmüşdü. Fikri Con Hardinin yanında olan Luiz bu kәndli
oğlanla söhbәt etmәk istәyirdi. Amma oğlan utandığı üçün heç
nә deyә bilmirdi. Luiz yolboyu uşaqlığındakı tәnhalığını xatırlayır
vә indinin özündә dә onu saran bu tәklik, yalqızlıq hissini acı bir
ağrı ilә duyurdu.
75