Page 71 - anderson_Макет 1
P. 71

Möminlik

             Axşam yemәyindәn sonra Albert Hardi bәzәn Luizi tәriflәmәyә
          başlayardı. Müәllimlәrinin Luiz haqqında xoş sözlәr demәyi
          Albert Hardini sevindirirdi.
             – Hә, indi dә başqa müәllim mәnә Luizi tәriflәdi, dәrslәrini
          yaxşı oxuduğunu dedi. Vaynzburqda hamı deyir ki, Luiz necә
          ağıllı qızdır. – Albert acıqlı-acıqlı qızlarına baxar, sonra üzünü
          Luizә tutaraq gülümsәyәrdi. – Amma mәn utanıram, utanıram ki,
          mәnim qızlarımı heç bir müәllim tәriflәmir.
             Albert Hardi ayağa qalxıb, siqaretini yandırar, otaqda gәziş -
          mә yә başlayardı. Qızları isә bir-birinin üzünә baxar vә atalarının
          bu sözlәrindәn bezәrәk başlarını yellәyәrdilәr.  Albert Hardi
          qızlarının laqeydliyini görüb әsәbilәşәrdi.
             – Mәn çox dedim, siz az eşitdiniz. İndi siz ancaq bu haqda
          düşünmәlisiniz, – o, gözlәrini qızlarına zillәyib, sәsini yüksәl dә -
          rәk deyәrdi. – İndi  Amerikada böyük dәyişikliklәr baş verir.
          Gәlәcәk nәslin bircә ümid yeri oxumaqdır. Baxın, bu qız da varlı
          kişinin qızıdır, amma görün heç dәrs oxumaqdan utanırmı?! Siz
          isә ona baxıb utanmalısınız.
             Sonra tacir  Albert qapının yanındakı asılqandan papağını
          götürәr vә evdәn çıxmağa hazırlaşardı. Qapının ağzında dayanar
          vә yenә dönüb qızlarına baxardı. Bu vaxtlarda o, elә әsәbi
          görünәrdi ki, Luiz qorxudan yuxarı qalxar, öz otağına gedәrdi.
          Qızlarsa tәzәdәn söhbәtә başlayardılar.
             – Qulaq asın, – kişi yenidәn coşardı, – siz o qәdәr tәnbәl lәş -
          mi siniz ki, fikirlәşmәyә dә әrinirsiniz. Dәrslәrinizә laqeydliyiniz
          sizin tәrbiyәnizә, xasiyyәtinizә dә tәsir elәyib. Sizdәn heç nә
          çıxmayacaq. Gözlәyin, görün Luiz nә qәdәr qabağa gedәcәk.
          Onun uğurlarını siz heç vaxt qazana bilmәyәcәksiniz.
             Sonra o, qәzәbindәn titrәyә-titrәyә küçәyә çıxardı. Dilinin
          ucunda nәsә mızıldanar, söyüş söyәrdi, amma Meyn küçәsinә
          çatanda qәzәbi keçib-gedәrdi. O, tacirlәrlә, kәnddәn gәlәn
          fermerlәrlә builki mәhsuldarlıq, yaxud da havaların dәyişmәsi
          ilә bağlı söhbәt edәrdi. Bu vaxt qızlarını artıq unutmuş olardı.
          Tәsadüfәn yadına düşәndә isә çiyinlәrini çәkәrәk:


                                                                  71
   66   67   68   69   70   71   72   73   74   75   76