Page 76 - anderson_Макет 1
P. 76

Şervud Anderson

                – Mәn hamıya nifrәt elәyirәm, – o, qәfildәn qışqıraraq dedi
            vә yanındakı oğlanı qorxudan dәlisov bir әda ilә davam etdi: –
            Atama da nifrәt elәyirәm, o qoca Hardiyә dә, o şәhәrә dә, o
            mәktәbә dә, dәrslәrimә dә.
                Üzünü çevirib başını yanındakı oğlanın çiyninә qoyanda
            Luiz onu daha da qorxutdu. Qızın ürәyindә anlaşılmaz bir ümid
            yarandı ki, bu oğlan da Merinin sevgilisi kimi indi onu qucaqlayıb
            öpәcәk. Amma kәndli oğlan qızın bu hәrәkәtindәn tәlaşlandı, fit
            çalıb atı qamçılamağa başladı vә:
                – Yollar çox kәlә-kötürdü, hә? – deyә dillәndi.
                Luiz elә әsәbilәşdi ki, әlini atıb onun papağını götürdü vә
            yola tulladı. Oğlan papağının dalınca faytondan düşәndә Luiz
            faytonu hәrәkәtә gәtirib, sürәtlә birbaş fermaya sürdü.  Yolun
            ortasında tәk qalan oğlan isә fermaya qәdәr bütün yolu piyada
            getmәli oldu.
                Luiz Bentli ilә Con Hardi sevgili oldular. Әslindә, qızın
            istәyi bu deyildi, amma gәnc oğlan Luizin mәktubundan bunu
            anlamışdı vә Con ona yaxınlaşanda әsl istәdiyinin nә olduğunu
            aydınlaşdırmaq üçün Luizin daha sәbri qalmadığından oğlana
            heç bir müqavimәt göstәrmәmişdi. Münasibәtlәrinin başlamağından
            bir neçә ay sonra Luizin hamilә olması ehtimalı onların ikisini dә
            qorxuya saldı vә onlar vaxt itirimәdәn şәhәr mәrkәzinә gedib
            nikahlandılar. Bir müddәt Hardilәrin evindә qaldıqdan sonra
            özlәrinә ayrıca ev tutdular. Evliliyin ilk ili boyunca Luiz mәktubu
            ona yazdıran anlaşılmaz vә müәmmalı duyğunun nә olduğunu
            Cona başa salmağa çalışdı. Amma heç cür başa sala bilmәdi. Hәr
            dәfә әrinin ağuşunda ikәn buna tәkrar-tәkrar cәhd etdisә dә,
            hәmişә uğursuz oldu. Sevgiylә bağlı özünәmәxsus düşüncәlәri
            olan Con isә arvadını heç dinlәmirdi vә belә vaxtlarda onun
            dodaqlarını öpmәkdәn başqa Conu heç nә maraqlandırmırdı.
            Axırda duyğularını ifadә edә bilmәmәsi Luizi elә çaşdırdı ki, o,
            bu öpüşlәri dә istәmәdi vә başa düşdü ki, hәlә dә hәyatdan nә
            istәdiyini müәyyәnlәşdirә bilmәyib.
                Vaxtsız evliliyә sәbәb olan qorxunun boşuna olduğunu
            bilәndәn sonra Luiz qәzәbini gizlәtmәdi, әsәbilәşdi, qışqırdı, acı
            sözlәr deyib әrinin ürәyini sındırdı. Sonra oğlu Deyvid dünyaya
            gәldi.  Amma Luiz onun qayğısına qalmağı da bacarmırdı vә


          76
   71   72   73   74   75   76   77   78   79   80   81