Page 70 - anderson_Макет 1
P. 70

Şervud Anderson

            demişdilәr. Onlar dәrslәrә görә cәzalandırılmamaq üçün әllәrindәn
            gәlәni edirdilәr.
                – Nifrәt elәyirәm kitablara, nifrәt elәyirәm kitablardan xoşu
            gәlәn adamlara, – qızların yaşca kiçiyi olan Hәriet qәzәblә
            deyirdi.
                Luiz isә fermada olduğu kimi, Vaynzburqda da xoşbәxt deyil -
            di. O, illәr boyu özünә bu hәyatda bir yer tutacağının xәyalını
            qurmuşdu vә Vaynzburqda tәhsilә başlamağı, Hardilәrin evinә
            köçmәyi onun üçün azadlığa aparan yolda böyük addım idi.
            Әvvәllәr bu haqda düşünәndә zәnn edirdi ki, şәhәrdә insanların
            hәyatı şad-xürrәm keçir, orada qadınlar vә kişilәr dostluq vә
            mәhәbbәt duyğuları ilә azad vә xoşbәxt yaşayırlar. Bentli fermasın -
            dakı sükut dolu, sevincsiz illәrdәn sonra Luiz hәyat eşqi vә hәqi -
            qәt lә süslәnmiş xoş, mehriban bir mühitdә yaşamaq istәyirdi.
            Şәhәrә tәzә gәldiyi vaxtlarda bir sәhvi etmәsәydi, Luiz hәsrәtini
            çәkdiyi hәyatı tapmağa, bәlkә dә, nail olacaqdı.
                Dәrslәrini yaxşı oxuduğuna görә Meri vә Hәrietin Luizdәn
            xoşları gәlmirdi. Dәrslәr başladığı günә qәdәr Luiz bu evә heç
            vaxt gәlmәmişdi vә o bilmirdi ki, qızlar mәktәbә, dәrsә necә
            müna sibәt bәslәyirlәr. O, utancaq olduğundan ilk ayda heç kәslә
            dost ola bilmәmişdi. Hәr cümә fermadakı fәhlәlәrdәn biri axşama
            yaxın Vaynzburqa gәlib Luizi evlәrinә aparırdı. Buna görә dә qız
            hәf tә sonu istirahәtini şәhәrlilәrlә keçirmirdi. Utancaq vә yalqız
            oldu ğuna görә fikrini ancaq dәrslәrinә yönlәndirirdi. Meri vә
            Hәriet isә elә düşünürdü ki, Luiz bu çalışqanlıqla onları pis
            vәziy yәtdә qoymağa can atır. Biliyini nümayiş etdirmәk üçün
            Luiz müәllimin verdiyi bütün suallara özü cavab vermәk istәyirdi.
            Heç kimin tapa bilmәdiyi suala cavab verdiyi üçün sevincdәn
            gözlәri parıldayır vә üzünә xoş tәbәssüm qonurdu.
                – Görürsünüz, bunları sizin üçün edirәm, – o gözlәr sanki bu
            sözlәri demәk istәyirdi. – Siz heç narahat olmayın. Bütün suallara
            özüm cavab verәcәm. Mәn burda olanda siz әziyyәt çәkmәyә -
            cәk siniz.

          70
   65   66   67   68   69   70   71   72   73   74   75