Page 65 - anderson_Макет 1
P. 65

Möminlik

             Cessi Bentli bank ofisindә o tәrәfә, bu tәrәfә gedib-gәlәr vә
          danışdıqca hәyәcanı artardı. Vaxtilә onu iflic vurduğu üçün sol
          tәrәfi bir az zәif işlәyirdi. Buna görә dә danışanda sol gözü tez-
          tez yumulub-açılırdı. Sonra evә döndüyü vaxt artıq qaranlıq
          düşәndә, sәmada ulduzlar görünmәyә başlayanda Cessi әvvәlki
          duyğularına qayıda bilmirdi. Göylәrdә yaşayan vә nә zamansa
          әlini onun çiyninә qoyub ona böyük bir vәzifә hәvalә edәcәk
          Tanrı haqqında daha әvvәlki kimi dәrindәn düşünmәyә gücü
          çatmırdı. Cessinin fikri indi daha çox qәzetlәrә, jurnallara vә
          әziyyәt çәkmәdәn sadәcә alqı-satqı ilә var-dövlәt qazanan ağıllı
          adamlara yönәlmişdi. Amma Deyvidin gәlişi onun köhnә imanını
          yenidәn özünә qaytarmış, bu imanı daha da dәrinlәşdirmişdi.
          Cessi elә sanırdı ki, nәhayәt, Tanrı ona öz mәrhәmәtini göstәrib.
             Deyvid isә kәnd hәyatından zövq almaqda idi. Әtrafındakı
          insanların mehriban davranışı sakit xasiyyәtli oğlanı bir az
          çılğınlaşdırmışdı. Әvvәllәr insanlarla münasibәtdә ona mane olan
          qorxaqlıq, utancaqlıq, inamsızlıq indi yox olmuşdu. Babasıyla
          bir-bir fermaları gәzdiyi, bütün vaxtını tövlәlәrdә, әkin sahәlәrindә
          oynamaqla keçirdiyi günlәrin axşamlarında yatmağa gedәrkәn
          evdә hamını bir-bir qucaqlayıb bağrına basmaq istәyirdi. Hәr
          axşam onun çarpayısının yanında oturan qadın – Şerli Bentli
          әgәr vaxtında gәlmәsәydi, Cessi pillәkәnin başından qışqıraraq
          onu çağırırdı. Onun uca sәsi sükuta öyrәncәli dar dәhlizlәrdәn
          keçib bütün evә yayılırdı. Sәhәr oyanıb yerinin içindә oturarkәn
          pәncәrәdәn eşitdiyi sәslәr onun ürәyini xoş bir duyğu ilә
          doldururdu. Bәzәn Vaynzburqdakı evlәrini, anasının әsәbi sәsini
          xatırlayanda Deyvid yenә dә әvvәlki kimi qorxudan, az qala,
          әsirdi. Sübh çağı onunla bәrabәr evin arxasındakı tövlә dә
          yuxudan oyanırdı. Yavaş-yavaş evdәkilәrin sәsi gәlmәyә başlayırdı.
          İşçilәrdәn biri ağıldankәm İlayzanı qıdıqlayıb yuxudan oyatmağa
          çalışırdı, qız da uca sәslә gülә-gülә yerindәn qalxırdı. Uzaq
          sahәlәrdәn inәyin mәlәrtisi eşidilirdi. Tövlәlәrdәki heyvanlar da
          bu sәsә cavab verirdilәr. Tövlә qapısının ağzında mehtәrlәrdәn
          biri qulluq elәdiyi ata әsәbi-әsәbi nә isә deyirdi. Bu vaxtlarda
          Deyvid daha gözlәyә bilmir, tez yerindәn qalxıb pәncәrәyә
          qaçırdı. Pәncәrәdәn gördüyü adamlar onu daha da hәyәcan lan dı -
          rır dı vә o bilmәk istәyirdi ki, görәsәn, indi anası evdә nә edir.

                                                                  65
   60   61   62   63   64   65   66   67   68   69   70