Page 63 - anderson_Макет 1
P. 63

Möminlik

          nin üstündә otururdu. Oğlan yavaş-yavaş huşlananda qa dın
          cәsarәtә gәlәr vә pıçıldaya-pıçıldaya nәsә deyәrdi. Deyvid bu
          sözlәri sonra dumanlı şәkildә xatırlayırdı. Ona elә gәlirdi ki,
          bunu yuxusunda görüb.
             Qadın zәrif vә asta sәslә onu әzizlәyirdi. Oğlan yuxusunda
          görürdü ki, anası yanına gәlib vә o zamankı mehribanlığı ilә bu
          sözlәri dә ona anası deyir. Belә vaxtlarda o da cürәtә gәlir,
          әllәrini uzadıb döşәmәnin üstündә oturan qadının üzünü sığallayırdı.
          Qadın isә bundan son dәrәcә xoşbәxt olurdu. Deyvid bu evә
          gәlәndәn sonra hamı xoşbәxt idi. Evdә hәr kәsi qorxu içindә
          susmağa vadar edәn vә vaxtilә Luizin dә dәyişә bilmәdiyi
          Cessinin sәrt xasiyyәti oğlanın gәlişiylә yoxa çıxmışdı. Sanki
          Tanrı Cessiyә mәrhәmәt göstәrәrәk ona oğul bәxş etmişdi.
             Vayn çayının vadisindә Tanrının yeganә sadiq qulu olduğunu
          deyәrәk, bir işarә kimi Tanrıdan oğul övladı istәyәn Cessiyә elә
          gәlirdi ki, duaları, nәhayәt, eşidilib. O vaxt yaşı hәlә әlli beş olsa
          da, Cessi yetmiş yaşlı kişiyә oxşayırdı. Fikir vә hәr kәsdәn üstün
          olma dilәyi onu tez qocaldıb әldәn salmışdı. Öz torpaqlarını
          genişlәndirmәk arzusu çin olmuşdu. Vadidә ona mәxsus olmayan
          çox az torpaq sahәsi var idi. Amma Deyvid gәlәnә qәdәr ümidsiz -
          lik vә kәdәr Cessini tәrk etmәmişdi.
             Cessinin beynini hәmişә iki әsas fikir mәşğul edәrdi. Onun
          bütün hәyatı bu fikirlәrin mübarizәsi ilә keçmişdi.
             Birincisi, hәmin o köhnә ehtiras idi. O,  Tanrının seçdiyi
          adam vә insanlar üzәrindә başçı olmaq istәyirdi. Gecәlәr tarlalarda
          vә meşәlәrdә gәzmәyi onu tәbiәtә yaxınlaşdırmışdı vә bu fanatik
          dindarın qәlbindәki güc indi sanki tәbiәtin gücünә qoşulmağa
          can atırdı. Tanrının ona oğul övladı vermәsi üçün etdiyi duaların
          qәbul olunmamağı, oğul gözlәdiyi vaxtda qızının dünyaya gәlmәsi
          Cessiyә sanki görünmәz bir yumruğun zәrbәsi kimi gәlmişdi vә
          bu zәrbә onun xudbinliyini bir az azaltmışdı. O hәlә dә inanırdı
          ki, Tanrı külәklәr, buludlar vasitәsilә ona nә isә bәyan edәcәk.
          Amma artıq inadkar şәkildә bunu tәlәb etmirdi. Sadәcә dua
          etmәklә kifayәtlәnirdi. Bәzәnsә şübhә hisslәri onu bürüyürdü.
          Ona elә gәlirdi ki, Tanrı bu dünyanı birdәfәlik atıb gedib. Çox
          tәәssüflәnirdi ki, daha sadә vә daha gözәl bir zamanda dünyaya
          gәlmәyib. O zamanlarda ki, insanlar hansısa qәribә bir buludun

                                                                  63
   58   59   60   61   62   63   64   65   66   67   68