Page 59 - anderson_Макет 1
P. 59
Möminlik
yeniyetmәlik çağlarını fermadakı evdә yaşamış vә bank işçisi
olan vaynzburqlu Con Hardi ilә ailә qurmuşdu. Onlar xoşbәxt
deyildilәr vә hәr kәs bilirdi ki, bunun günahı Luizdәdir. Cansız-
cüssәsiz, zәrif Luizin sәrt baxışlı ala gözlәri vә qara saçları var
idi. Uşaqlıqdan bәri onda olan әsәb tutması hәlә dә keçmәmişdi.
Әsәbi olmayanda da hәmişә kәdәrli vә sakit idi. Vaynzburqda
şayiә gәzirdi ki, o hәtta bәzәn içki dә içir. Bank işçisi olan әri
qayğıkeş, ağıllı adam idi vә çalışırdı ki, Luizi xoşbәxt etsin.
Yaxşı pul qazanmağa başladığı vaxtlar Vaynzburqda Elm küçәsindә
Luiz üçün böyük vә daşdan tikilmiş bir ev almışdı. Şәhәrdә
yeganә adam idi ki, arvadının faytonunu sürmәk üçün kişi
xidmәtçi tutmuşdu.
Amma Luizi xoşbәxt etmәk mümkün olmurdu. Bәzәn sakit,
bәzәn hay-küylü vә davakar olan Luiz әsәbilәşәndә dәliyә
dönürdü. O qışqırır vә ağzına gәlәn söyüşlәri söyürdü. Bir dәfә
hәtta mәtbәxdәki bıçağı götürüb әrini öldürmәklә hәdәlәmişdi.
Bir dәfә dә evә qәsdәn od vurub yandırmaq istәmişdi. Hәrdәn
elә olurdu ki, özünü hamıdan tәcrid edib otağına qapılır vә heç
kәsi görmәk istәmirdi. Onun bәzәn bu cür guşәnişin hәyat
yaşamağı camaat arasında söz-söhbәtә sәbәb olmuşdu. Deyirdilәr
ki, guya nәşә çәkir vә özünü insanlardan ona görә tәcrid edir ki,
qәbul etdiyi dәrmanların vә içkinin tәsirini heç kәs hiss etmәsin.
Bәzәn yay axşamlarında faytonuna minib evindәn uzaqlaşırdı.
Cilovu sürücünün әlindәn alır vә faytonu bacardığı qәdәr sürәtlә
sürürdü. Qarşısına kimsә çıxanda da sürәti azaltmayaraq onun
üstünә gedir vә qorxan piyada birtәhәr qırağa çәkilәrәk canını
qurtarmalı olurdu. Camaata elә gәlirdi ki, Luizin mәqsәdi onları
qovub әldәn salmaqdır. Durmadan qamçıladığı atı ilә qәsәbә
küçәlәrindәn keçdikdәn sonra kәndә tәrәf yol alırdı. Arxada
qalan evlәr yavaş-yavaş gözdәn itdikcә Luizin bayaqkı әsәbi
soyuyurdu. O, sürәti azaldır vә asta-asta yola davam edirdi. Bu
vaxtlarda nәsә düşünür, öz-özünә nәsә mızıldanırdı. Bәzәn onun
gözlәrinә yaş gәlirdi. Sonra qәsәbәyә qayıtdığı vaxt yenә faytonu
qәzәblә sürәrәk küçәlәrin sükutunu pozurdu. Әrinin insanlar
arasında qazandığı hörmәt vә ehtiram olmasaydı, Luiz qәsәbә
polisi tәrәfindәn artıq çoxdan hәbs olunmuşdu.
59