Page 54 - anderson_Макет 1
P. 54
Şervud Anderson
uzaqlaşıb bir kәnara çәkildi. Tәkcә o yox, hәr kәs, hәr kәs bir
kәnara çәkildi. Yaşının azlığına vә tәcrübәsizliyinә baxmayaraq,
Cessidә insanların ürәyinә yol tapmaq, onları idarә etmәk bacarığı
var idi. O gördüyü hәr bir işi ürәkdәn edir, әlindәn gәlәni
әsirgәmirdi. Cessi deyirdi ki, heç kәs onu başa düşmür. Fermadakı
fәhlәlәri әvvәllәr heç vaxt olmadığı kimi çox işlәmәyә mәcbur
edirdi, ona görә dә heç kәs işindәn zövq ala bilmirdi. Әgәr
işlәrin yaxşı getdiyini demәk mümkün idisә, bu, fermadakı
fәhlәlәr yox, ancaq Cessi üçün belә idi. Amerika adlı mәmlәkәtdә
o vaxt dünyaya gәlәn әksәr güclü kişilәrdәki kimi onda da bir
qüsur var idi. Cessi başqalarını yaxşı idarә etmәyi bacarsa da,
özünә hakim ola bilmirdi. Fermanı әvvәlkindәn fәrqli idarә
etmәk onun üçün asan idi. Klivlenddә tәhsilini yarımçıq qoyub
Vaynzburqa qayıtdıqdan sonra o, özünü hәr kәsdәn tәcrid edib,
vaxtının çoxunu gәlәcәyә dair planlar qurmaqla keçirirdi. Gecә-
gündüz yalnız ferma haqqında düşünürdü vә bu, onun uğur
qazanmasına müsbәt tәsir edirdi. Fermadakı digәr adamlar hәddәn
artıq gәrgin işlәyir vә düşünmәyә çox vaxt ayırmırdılar. Amma
Cessinin gәlәcәk uğurlarla bağlı qurduğu xәyallar onu rahatlaşdırırdı.
Bu sanki onun hansısa ciddi bir ehtiyacını ödәyir, ona mәmnunluq
gәtirirdi. Fermanın idarәsi әlinә keçәndәn dәrhal sonra Cessi
köhnә evә bitişik bir otaq tikdi. Evin qәrb tәrәfindәki bu geniş
otaqda pәncәrәlәr tövlәyә vә әkin sahәlәrinә baxırdı. Cessi bu
pәncәrәlәrin önündә oturub dәrindәn fikirlәşirdi. Saatlar, günlәr
keçdikcә o, belәcә sakit-sakit oturur vә әkin sahәlәrinә baxaraq
hәyatda tutduğu yeni yer haqqında düşüncәlәrә dalırdı. Bu
vaxtlarda daxilindәki ehtiras vә çılğınlıq alovlanır, Cessinin
baxışlarına sәrt bir ifadә qonurdu. O istәyirdi ki, onun ferması
Ohayo ştatındakı әn böyük vә әn mәhsuldar ferma olsun. Amma
bu, onun arzuladığı yeganә şey deyildi. Cessinin ürәyindә başqa
bir anlaşılmaz hәsrәt var idi ki, onun gözlәrinә alovlu baxışları
gәtirәn vә özgә adamlar qarşısında sükuta qәrq edәn dә mәhz o
hәsrәt idi. O, çox istәyirdi ki, bu hәyatda dinclik vә rahatlıq әldә
etsin. Amma hәm dә qorxurdu ki, bu istәyә heç zaman çata
bilmәyәcәk.
Cessi Bentli özünü fiziki cәhәtdәn gümrah hiss edirdi. Onun
balaca canında çox qoluzorlu kişilәrin güc-qüvvәsi toplanmışdı.
Hәlә balaca olanda vә sonralar mәktәbdә oxuduğu yeniyetmәlik
çağlarında da özünü belә gümrah hiss edirdi. Mәktәbli ikәn
54