Page 50 - anderson_Макет 1
P. 50
Şervud Anderson
MÖMİNLİK
(dördhissәli hekayә)
I
Bentli fermasındakı evin artırmasında vә bağçanın әtrafında
hәmişә üç-dörd nәfәr yaşlı adam gözә dәyirdi. Onlar bәzәn
eyvanda oturur, bәzәnsә bağçada gәzişir, ya da hansısa bir işlә
mәşğul olurdular. Onlardan üçü Cessinin artıq qocalıb әldәn
düşmüş, solğun üzlü, zәrif sәsli bacıları idi. Bu adamların arasında
seyrәk vә ağ saçlı ahıl bir kişi dә var idi ki, o da Cessinin әmisi
idi.
Fermadakı ev taxtadan tikilmişdi. Dirәklәrin meydana gәtirdiyi
sütun da iri taxtalarla örtülmüşdü. Әslindә, bu tikili bir yox, bir
neçә evdәn ibarәt idi vә bu evlәr kor-koranә şәkildә bir-birinә
birlәşdirilmişdi. Evin içәrisi isә daha qәribә vә maraqlı idi.
Qonaq otağından qalxan pillәkәn yemәk otağına aparırdı vә bu
cür bir neçә yerdә otaqların birindәn o birinә keçid üçün pillәkәnlәr
var idi. Yemәk vaxtı ev әsl arı pәtәyinә oxşayırdı. Evdә sakitlik
olduğu zaman qapılar açılır, pillәkәnlәrdәn addım vә asta danışıq
sәslәri eşidilir vә hәr kәs elә bil öz gizli mәkanından çıxıb yemәk
otağına axışırdı.
Bentlilәrin evindә indi xatırlatdığımız yaşlılardan savayı
başqa adamlar da yaşayırdılar – ev işlәrinә baxan xanım Kәli
Bibi çarpayıların sәliqәyә salınması vә heyvanların sağılması
işiylә mәşğul olan İlayza Stәutn adlı ağıldankәm gәnc qız vә
tövlәlәrdәki işә nәzarәt edәn cavan oğlan, bir dә bütün bu mülkün
sahibi Cessi Bentlinin özü.
Amerikada vәtәndaş müharibәsinin bitmәsindәn iyirmi il
keçdiyi bir zamanda Bentli fermalarının yerlәşdiyi Şimali Ohayo
torpaqlarındakı hәyat hәlә özünün ibtidai mәrhәlәsindәn tәzә-
tәzә çıxırdı. Cessi tarlalardakı mәhsulu yığmaq üçün yeni qurğu
almışdı. Müasir tövlәlәr tikdirmiş vә drenaj sistemi vasitәsilә
torpaqların böyük bir qismindә bataqlıqların qurudulması işini
yoluna qoymuşdu. Amma bu adamı başa düşmәyimiz üçün biz
daha әvvәllәrә qayıtmalıyıq.
50