Page 47 - anderson_Макет 1
P. 47

Heç kәs bilmir

          çәkirdi. Daha heç nә haqqında düşünmәk istәmirdi. Beyninin
          hansısa küncündә tәzә bir qorxu gizlәnmişdi. Qorxusu o idi ki,
          cәsarәtini itirәr, geri qayıdar vә axtarışında olduğu bu macәra
          baş tutmaz.
             Corc Luiz  Trunyonu qızın öz evindә, mәtbәxdә tapdı. O,
          kerosin lampasının işığında qab yuyurdu. Balaca daxmaya
          bәnzәyәn mәtbәx evin arxasında yerlәşirdi vә Luiz hәmin
          mәtbәxdә pәrdә asılmış açıq qapının yanında dayanıb işiylә
          mәşğul idi. Corc Villard çәpәrin arxasında dayandı. Bәdәninin
          titrәmәsinә mane olmağa çalışdı. Onu macәradan balaca bir
          kartof kәrdisi ayırırdı. Qızı çağırmaq cәsarәtini özündә tapanacan
          beş dәqiqә dә keçdi.
             – Luiz, eyy, Luiz, – deyә çağırdı. Sәsi boğazında ilişib qaldı
          vә boğuq bir pıçıltıya bәnzәdi.
             Luiz Trunyon әlindә tutduğu qab әsgisi ilә kartof sahәsini
          keçib ona sarı gәldi.
             – Nә bildin ki, sәnlә görüşmәk istәyirәm? – Luiz üzündә
          qaşqabaqlı ifadә ilә soruşdu. – Necә әmin oldun?
             Corc  Villard cavab vermәdi.  Aralarında çәpәr, qaranlıqda
          dayanıb bir-birlәrinә baxdılar. Luiz:
             – Sәn indi get.  Atam burdadır. Mәn gәlәcәm.  Villiamzın
          anbarı tәrәfdә mәni gözlәyәrsәn, – dedi.
             Gәnc jurnalist, Luiz  Trunyondan mәktub almışdı. Mәktub
          hәmin gün sәhәr qәzetin redaksiyasına göndәrilmişdi. Cәmi bir
          cümlә yazılmışdı: “Әgәr istәsәn, sәnin ola bilәrәm”. İndi çәpәrin
          o üzündә dayanan Luizin sanki aralarında heç bir şey yoxmuş
          kimi davranması Corcu әsәbilәşdirirdi.
             – Bu qızın başı xarabdır, hәqiqәtәn dә, başı xarabdır, – deyә
          mızıldanan Corc küçә ilә üzüaşağı gәlib, qarğıdalı sahәsinin
          yanından keçdi. Sәkinin düz kәnarına qәdәr qarğıdalı әkilmişdi
          vә qarğıdalı kolları artıq böyüyüb onun çiyni hündürlüyündә
          olmuşdu.
             Luiz Trunyon evdәn çıxanda әynindә bayaq qab yuyarkәn
          geyindiyi zolaqlı don var idi. Başına papaq qoymamışdı. Corc
          onun qapı ağzında dayandığını, әli ilә qapının dәstәyindәn tutub
          kiminlәsә söhbәt etdiyini görürdü. Çox güman, bu, onun atası


                                                                  47
   42   43   44   45   46   47   48   49   50   51   52