Page 52 - anderson_Макет 1
P. 52

Şervud Anderson

            baxıb çığırardılar. Bәzәn aralarında mübahisә düşәr, savaşardılar,
            bәzәnsә yol gedә-gedә bir ağızdan mahnı oxuyardılar. Bir dәfә
            qardaşların yaşca böyüyü Enok Bentli sürücüdәn qamçını alıb
            onun sapı ilә atası qoca Tomu vurmuşdu. Zәrbә elә bәrk alınmışdı
            ki, qardaşlar yerә yıxılan kişinin öldüyünü zәnn etmişdilәr. Enok
            ani qәzәbinin ölümlә nәticәlәnәcәyi tәqdirdә qaçacağını qәrara
            alıb, bir neçә gün tövlәnin damında samanların üstündә gecәlәmәyә
            mәcbur olmuşdu. Anası vaxtlı-vaxtında Enokun yemәyini gәtirir
            vә yaralı atasının vәziyyәtindәn onu xәbәrdar edirdi. Amma bir
            müddәt sonra hәr şey yaxşı qurtardı, atası sağalıb ayağa durdu vә
            Enok da gizlәndiyi yerdәn çıxıb, heç nә olmayıbmış kimi hәyatına
            davam etdi.
                Vәtәndaş müharibәsi Bentli ailәsinin taleyindә ciddi dönüş
            nöqtәsi oldu.  Amma Cessinin yüksәlişindә dә әsas rolu elә
            vәtәndaş müharibәsi oynadı. Enok, Edvard, Harri vә Vill Bentli
            müharibәyә yollandı vә onların heç biri bu uzun müharibәdәn
            geri qayıda bilmәdi. Oğulları Cәnuba getdikdәn sonra qoca Tom
            fermanı idarә etmәyә cәhd göstәrsә dә, bacarmadı. Cәbhәdәki
            sonuncu oğlunun da ölüm xәbәrini aldıqdan sonra sonbeşik oğlu
            Cessiyә xәbәr göndәrdi ki, tәhsilini yarımçıq qoyub evә qayıtsın.
                Hәmin vaxt artıq bir ildir xәstә yatan ana da dünyasını
            dәyişdi vә tәk qalan atanın әl-qolu tamam bağlandı. Kişi birdәfәlik
            ruhdan düşüb nә edәcәyini bilmәdi. Bir ara fikirlәşdi ki, fermanı
            satıb şәhәrә köçsün. Bütün gün boyunca başını yellәyә-yellәyә,
            dilinin ucunda nәsә mızıldana-mızıldana o tәrәfә, bu tәrәfә var-
            gәl elәdi. Artıq tarlalardakı iş dә dayanmış, geniş sahәlәri alaq
            otları basmışdı. Qoca Tom fermada işlәtdiyi fәhlәlәrin zәhmәtindәn
            dә ağılla istifadә edә bilmirdi. Sәhәr-sәhәr onları işlәmәk üçün
            tarlalara yola salandan sonra özü meşәyә gedib kötüklәrdәn
            birinin üstündә otururdu. Bәzәn gecәlәr evә qayıtmağı unudurdu
            vә qızlarından biri onun dalınca getmәyә mәcbur olurdu.
                Cessi Bentli evә qayıdıb ferma işlәrini idarә etmәyә başlayanda
            iyirmi iki yaşlı kövrәk vә arıq bir oğlan idi. On sәkkiz yaşı
            olanda o, alim olmaq vә Presbayterian kilsәsindә keşişlik etmәk
            hәvәsi ilә tәhsil almaq üçün evdәn ayrılmışdı. Hәlә yeniyetmә
            ikәn çoxu onun gicbәsәr olduğunu deyirdi. O, qardaşları ilә yola


          52
   47   48   49   50   51   52   53   54   55   56   57