Page 57 - anderson_Макет 1
P. 57

Möminlik

          Tanrıya inanırdılar. İnanırdılar ki, hәr kәsin taleyi mәhz Onun
          әlindәdir. Bazar günü müqәddәs kitabdakı sözlәri dinlәmәk üçün
          balaca protestant kilsәlәrinә toplaşırdılar. O vaxt kilsәlәr ictimai
          vә intellektual mәrkәz sayılırdı vә Tanrıya inam kilsәyә gәlәn
          insanların ürәyini hәlә tәrk etmәmişdi.
             Belәliklә, uşaqlıqda çox xәyalpәrәst birisi olan, böyük zәka
          vә әzm sahibi Cessi Bentli dә qәlbәn  Tanrıya bağlanmışdı.
          Müharibә onun qardaşlarını dünyadan aparanda Cessi bilirdi ki,
          bütün bunları Tanrı edib. Atası xәstәlәnib ferma işlәrindәn tamam
          uzaqlaşanda da Cessi bunu Tanrının bir işarәsi kimi qәbul edirdi.
          Şәhәrdә olarkәn bәzәn yeni fikirlәr, xәyallar onu narahat edәndә
          axşamlar dalğın halda küçәyә çıxırdı. Şәhәrdәn qayıdıb fermadakı
          işlәri yoluna qoyandan sonra yenә qaranlıq gecәdә  Tanrını
          düşünәrәk meşәlәri gәzir, alçaq dağların hәndәvәrindә dolaşmaqdan
          yorulmurdu.
             Bu gәzintilәr vaxtı o, Tanrı qatında önәmli adam olduğuna
          daha çox inanırdı. Ürәyini bir tamahkarlıq hissi bürüyürdü. Cessi
          fikirlәşirdi ki, niyә onun torpaq sahәsi cәmi altı yüz ardır, niyә
          bundan çox olmamalıdır. Çәmәnliyin bir küncündә, çәpәrin
          yanında gözlәrini qaldırıb sәmada parlayan ulduzlara baxır vә
          aylı sükutu öz sözlәri ilә pozurdu.
             Bir axşam – atasının ölümündәn aylar sonra Cessi yenә
          hәmişәki kimi axşam gәzintisinә çıxdı. Onda elә vaxt idi ki,
          Kәserinin doğum sancısı hәr an tuta bilәrdi. O, Bentli fermasının
          yerlәşdiyi vadinin yanından axan Vayn çayının sahili boyunca
          gәzә-gәzә öz әrazilәrinin bitib, qonşu fermanın başladığı yerә
          qәdәr gәldi.  Vadi gah genişlәnir, gah daralırdı. İndi Cessinin
          gözlәri önündә böyük әkin sahәlәri vә sıx meşәlәr dayanmışdı.
          Buludlar arxasından ay görünürdü. Cessi alçaq tәpәnin üstünә
          qalxaraq, özünә yer tapıb oturdu vә yenә fikirlәrә qәrq oldu.
             O düşünürdü ki, Tanrının seçilmiş qulu olduğu üçün bir az
          әvvәl yanından ötüb-keçdiyi bütün torpaq sahәlәri onun olmalıdır.
          Cessi ölüb getmiş qardaşlarını yadına salır vә onları ürәyindә
          qınayırdı ki, nәyә görә daha çox işlәyib, daha böyük mal-mülkә
          sahib olmayıblar. Lәpәlәrinә ay işığı düşәn balaca çay indi


                                                                  57
   52   53   54   55   56   57   58   59   60   61   62