Page 53 - anderson_Макет 1
P. 53

Möminlik

          gedә bilmirdi. Bütün ailәdә bircә anası onu başa düşürdü vә indi
          o da ölmüşdü. Cessi bir vaxtlar dörd qardaşın çәtinliklә öhdәsindәn
          gәldiyi işlәri әlinә alıb, sahәsi artıq altı yüz ardan çox olan
          fermanı idarә etmәyә başlayanda Vaynzburq camaatı ona gülürdü.
             Әslindә, Cessinin halına gülmәyә onların ciddi әsasları var
          idi. O dövrün kişilәri ilә müqayisәdә Cessi zahirәn bir o qәdәr dә
          kişiyә oxşamırdı. O, çox balaca vә arıq idi. Bәdәni daha çox
          qadın bәdәninә bәnzәyirdi. Gәnc keşişlәr kimi uzun, qara pencәk
          geyinir vә ensiz, qara qalstuk taxırdı. İllәr sonra qonşuları onu
          görәndә çox tәәccüblәnmişdilәr, amma şәhәrdә evlәnib özüylә
          evә gәtirdiyi qızı görәndә bundan da çox tәәccüblәnmişdilәr.
             Cessinin arvadı sözün әsl mәnasında tezliklә әriyib yoxa
          çıxdı. Bu, yәqin ki, Cessinin öz sәhvi idi. Vәtәndaş müharibәsindәn
          sonrakı ağır illәrdә Şimali Ohayodakı hәr hansı fermaya gәlin
          köçmәk zәrif vә gücsüz bir qızın işi deyildi vә bәdbәxtlikdәn,
          Kәserin Bentli zәrif vә gücsüz bir qız idi. Cessi o vaxtlar hamıyla
          olduğu kimi, onunla da sәrt davranırdı. Kәserin qonşu qadınlar
          qәdәr çox iş görmәk üçün әlindәn gәlәn hәr şeyi edirdi. Cessi isә
          arvadına mane olmurdu. Qız heyvanları sağır, ev işlәrini görür,
          yataq yerlәrini yığışdırır vә yemәk bişirirdi. O, düz bir il sәhәr
          gün çıxandan gecә saatlarına qәdәr belәcә işlәdi vә ilk uşağını
          dünyaya gәtirdikdәn sonra öldü.
             Amma Cessi Bentli nә qәdәr zәif vә arıq olsa da, içindә
          asanlıqla ölmәyәcәk nәsә sirli bir güc var idi. Onun qıvrım
          saçları qәhvәyi rәngә çalırdı. Ala gözlәri bәzәn sәrt vә inamlı,
          bәzәnsә tәrәddüdlü vә şübhәli nәzәrlәrlә baxırdı. O, tәkcә arıq
          deyildi, hәm dә boyca balaca idi. Onun ağzı küsәyәn, amma
          hikkәli bir uşağın ağzına bәnzәyirdi. Cessi Bentli çox şeyin
          ifratına varan adam idi. O, doğru zamanda vә doğru mәkanda
          dünyaya gәlmәmişdi, buna görә dә hәm özü әzab çәkir, hәm dә
          başqalarına әziyyәt verirdi. Cessi hәyatda heç bir dilәyinә çatmadı
          vә heç vaxt anlamadı ki, bu hәyatdan nә istәyir. Bentli fermasına
          qayıdandan sonra qısa bir zaman içindә hәr kәsә öz zәhmini elә
          göstәrmişdi ki, artıq hamı ondan qorxub çәkinirdi. Hәtta anası
          qәdәr ona yaxın olan arvadı Kәserin dә ondan qorxmağa başlamışdı.
          Gәlişindәn iki hәftә sonra atası qoca Tom bütün fermanın işlәrini
          ona tapşırdı, idarәçiliyi ona hәvalә elәdi vә özü iş-gücdәn

                                                                  53
   48   49   50   51   52   53   54   55   56   57   58