Page 56 - anderson_Макет 1
P. 56
Şervud Anderson
Danışdıqca hәyәcanı artan Cessi ayağa qalxıb otaqda gәzişirdi.
Xәyalına gәtirirdi ki, indi o, qәdim zamanlara qayıdaraq qәdim
insanlarla birgә yaşayır. Onun qarşısında uzanan geniş torpaq
sahәlәri indi daha böyük önәm kәsb edirdi. Çünki o xәyallarda
bu torpaqlara onun öz belindәn gәlәn yeni insan nәsli sahiblәnmişdi.
O düşünürdü ki, keçmiş zamanlardakı kimi indi dә müxtәlif
sәltәnәtlәr yaradılmalı vә Tanrı seçdiyi elçi vasitәsilә insanları
yenidәn haqq yoluna dәvәt etmәlidir. Cessi belә bir elçi olmağın
hәsrәtini yaşayırdı.
– Mәn ancaq Tanrının istәdiyini yerinә yetirmәk üçün bu
dünyaya gәlmişәm, – uca sәslә deyirdi vә әyilmiş qәddini
düzәldәrәk düşünürdü ki, Yaradanın rizası vә lütfü indi bir nur
kimi onun әtrafına işıq saçır.
Sonrakı dövrün adamları, güman ki, Cessini anlamaqda
çәtinlik çәkәcәklәr. Son әlli ildә insanların hәyatında böyük
dәyişiklik olmuş, demәk olar ki, әsl inqilab baş vermişdi.
Çaxnaşmalarla müşayiәt olunan sәnayeçiliyin gәlişi, qatarların
uzaq ştatlara ayaq açması, şәhәrlәrin böyümәsi, qәsәbәlәrә vә
hәtta fermalara qәdәr haçalanan şәhәrlәrarası maşın yollarının
çәkilmәsi vә son günlәrdә avtomobillәrin fәaliyyәtә başlaması –
bütün bunlar Mәrkәzi Amerika insanının düşüncәsindә vә hәyat
tәrzindә böyük irәlilәyişlәrә sәbәb olan amillәrdәn idi. Qәfil
dәyişikliklәrin tәzyiqi ilә kitabların әksәriyyәti tәlәsik vә qeyri-
peşәkar yazılsa da, indi hәr evdә kitab oxunurdu. Jurnallar milyon
nüsxәlәrlә çap olunurdu. Hәr yerdә qәzetlәrә rast gәlinirdi. İndi
mağazada soba әtrafında söhbәt edәn fermerlәrin fikri başqa in-
sanlardan eşitdiklәri vә qәzetlәrdә, jurnallarda oxuduqları sözlәrlә
dolu idi. Uşaqsayağı sadәlövhlüyә bәnzәyәn әvvәlki cahillik
daha insanlarda yox idi. Soba әtrafındakı o kәndli fermerlәr indi
şәhәrlilәrdәn çox da fәrqlәnmirdi, o kәndlilәr dә әsl şәhәrli kimi
sәlis danışmağı vә boş-boş söhbәtlәr etmәyi bacarırdılar.
Lakin Cessi Bentlinin zamanında, Vәtәndaş müharibәsindәn
sonrakı illәrdә bütün Mәrkәzi Amerika әyalәtlәrindә vәziyyәt
belә deyildi. Adamlar o qәdәr işlәyirdilәr ki, oxumağa halları
qalmırdı. Qәzet oxumağa onlarda hәvәs yox idi. Tarlalarda
işlәyәrkәn onların beyni dumanlı fikirlәrlә dolu olurdu. Onlar
56