Page 58 - anderson_Макет 1
P. 58
Şervud Anderson
daşların üstü ilә düz onun qarşısından axıb keçirdi. O çaya bax -
dıq ca Cessi yenә köhnә әyyamları düşünür, heyvan sürülәri vә
ge niş torpaq sahәlәrinә sahib olan qәdim dövrlәrdәki insanları
tәsәv vürünә gәtirirdi.
Tamah vә qorxu qarışıq anlaşılmaz bir coşqunluq indi onun
bütün duyğularına hakim kәsilmişdi. O, İncildәn Tanrının Cessiyә
sәslәnib, fәlәstinlilәrә qarşı vuruşan yәhudi hökmdarı Saula
kömәk üçün oğlu Davudu Elah vadisinә göndәrmәyi vәhy etdiyi
ayәlәri xatırlayırdı. Cessi xәyalında özünü inandırmağa çalışırdı
ki, Vayn çayı vadisindәki torpaq sahәlәrinә sahib olan bütün
fermerlәr Tanrının düşmәnlәri olan fәlәstinlilәrdir.
– Tәsәvvür elә ki, – öz-özünә pıçıldadı, – onların arasından
Qәsli 1 Qolayәs 2 kimi bir cәngavәr gәlib mәni mәğlub elәyir,
torpaqlarımı, mal-mülkümü әlimdәn alır.
O, Davud gәlәnә qәdәr Saulun ürәyini bürüyәn dәhşәtli qor -
xu nu bir anlıq öz ürәyindә hiss elәdi. Sonra ayağa qalxdı, zülmәt
gecәnin içi ilә qaçmağa vә qaça-qaça Tanrıya yalvarmağa başladı:
– İlahi, ey qüdrәtli Tanrım, – Cessinin sәsi dağlarda әks-sәda
verdi, – bu gecә Kәserinin bәtnindәn mәnә bir oğul göndәr. Öz
lütfünü mәndәn әsirgәmә. Mәnә bir oğul göndәr, adını Davud
qoyum. Mәnә Davudu göndәr ki, sәnin yer üzündәki hökmranlığını
daha da möhkәmlәndirmәk vә sәnin yolunda sәrf etmәk üçün bu
torpaqları fәlәstinlilәrin әlindәn almaqda mәnә kömәk elәsin.
II
3
Vaynzburqlu Deyvid Hardi, Bentli fermalarının sahibi olan
Cessinin nәvәsi idi. On iki yaşı olanda o, Bentlilәrin köhnә
evindә yaşamaq üçün şәhәr mәrkәzindәki evlәrindәn ayrıldı.
Anası Luiz Bentli Cessinin qaranlıq düzlәrlә qaçaraq oğlu olması
üçün Tanrıya yalvardığı o gecәdә dünyaya gәlmişdi. Luiz Bentli
1 Qәdim Fәlәstin şәhәri
2 İncildәki rәvayәtlәrә görә, Davudun mәğlub etdiyi nәhәng cәngavәr
3” Deyvid” adı “Davud” adının ingiliscәdә sәslәniş formasıdır.
58