Page 62 - anderson_Макет 1
P. 62
Şervud Anderson
Yeniyetmәliyinin son illәrindә Deyvid anasını nadir hallarda
görürdü. İndi anası onun üçün sadәcә bir zamanlar birgә yaşadığı
qadın idi. Amma yenә dә Deyvid anasını fikrindәn çıxara bilmirdi
vә vaxt keçdikcә onun haqqında daha çox düşünürdü. On iki yaşı
olanda o, Bentli fermasında yaşamaq üçün evdәn ayrıldı. Nәvәsini
yanında böyütmәk üçün Cessi özü qәsәbәyә gәlib valideynlәrlә
söhbәt elәmişdi. Qәrarında qәti olan qoca bir az da hәyәcanlıydı.
O, Vaynzburq Әmanәt Bankında әvvәlcә Con Hardi ilә danışmışdı.
Sonra Luiz ilә söhbәt etmәk üçün ikisi dә gәzә-gәzә Elm küçәsinә
gәlib çıxmışdılar. Onlar elә bilirdilәr ki, Luiz sәsini başına atıb
oğlunu getmәyә qoymayacaq, amma ikisi dә yanılmışdı. Luiz
çox sakit idi vә qoca Cessi öz niyyәtini açıqlayıb Deyvidi
aparmaq istәdiyini, köhnә fermanın sakitliyindә böyümәyin ona
faydalı olacağını deyәndә qadın gözlәnilmәdәn:
– Hә, düzdü, әn azından, mәn orda olmadığım üçün oranın
da sakitliyini pozmuram, – deyә cavab verdi.
Bu sözlәrdәn sonra onun çiyinlәri titrәmişdi. Cessi ilә Con
Hardiyә elә gәlmişdi ki, indi bu dәqiqә o, yenә әsәbilәşmәyә
başlayacaq.
– O ferma elә oğlan uşaqlarının yeridi. Mәnә yer yox idi
orda, – davam etdi, – sәn mәni orda istәmirdin. Heç mәnә dә xoş
deyildi orda qalmaq. O evdә mәn dә rahat deyildim. Elә bil
qanıma zәhәr qatırdı orda yaşamaq. Amma Deyvid üçün belә ol-
mayacaq.
Luiz onları cansıxıcı sükutla tәk qoyaraq üzünü çevirib
otaqdan çıxdı. Hәmişәki kimi yenә günlәrlә otağına qapanıb
qaldı. Oğlunun paltarları, әşyaları yığılanda vә oğlu gedәndә dә
otağından çıxmadı. Deyvidin yoxluğu onun hәyatında ciddi bir
boşluq yaratdı. O daha әriylә çox da dalaşmırdı. Әri isә düşünürdü
ki, artıq hәr şey qaydasına düşüb.
Belәliklә, Deyvidin Bentli fermasındakı hәyatı başladı. Qoca
fermerin iki bacısı hәlә dә sağ idi vә hәmin evdә yaşayırdılar.
Onlar Cessidәn qorxurdular. Cessi yanlarında olarkәn çox da
danışmırdılar. Onlardan biri oğlanın qayğısına qalmağı öz üzәrinә
götürdü. Gәncliyindә gur vә parıltılı saçlarına görә ad çıxarmış
bu qadında fitri analıq istedadı var idi. Hәr gecә Deyvid yatmağa
gedәndә o da oğlanın otağına gәlir vә uşaq yatana qәdәr döşә mә -
62